. Love.az

Sahzade Demir - Wikipedia - Love.az

Ana Səhifə - Sahzade Demir

Şahzadə Dəmir (1974, Şırnaq ili) — jurnalist, yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Şahzadə Dəmir
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — Qaziantep
Şəxsi məlumatlar
Doğum tarixi 1974
Doğum yeri
  • Şırnaq ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • Hür Dava Partiyası
Təhsili
  • Anadolu Universiteti
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Şahzadə Dəmir 1974-cü ildə Şırnak ilinin İdil ilçəsində anadan olub. İbtidai təhsilini İdil ilçəsində, orta və lisey təhsilini isə Nüseybin ilçəsində alıb. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.[1]

Jurnalist olaraq çalışıb. Qəzetlərdə və jurnallarda məqalələri dərc olunub. “Nipper” adlı romanın müəllifidir.[1]

Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının İdarə Heyətinin üzvü və Baş Katibi vəzifələrində çalışır.[1]

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Evli və 5 uşaq atasıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 TBMM. "Şahzade DEMİR". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahzadə_Dəmir&oldid=7460351"
LOVE.AZ