. Love.az

Sair Alxasov - Wikipedia - Love.az

Ana Səhifə - Sair Alxasov

Şair Balaşərif oğlu Alxasov (1958, Çətgün, Qusar rayonu) — Qusar Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Şair Alxasov
Qusar Rayon İcra Hakimiyyətinin başçısı
18 dekabr 2007 – 31 may 2024
ƏvvəlkiZöhrab Pirimov
SonrakıSahir Məmmədxanov
Şəxsi məlumatlar
Doğum tarixi 1958
Doğum yeri
  • Çətgün, Qusar rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018

Həyatı

redaktə

Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Siyasi fəaliyyəti

redaktə

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2024-cü il tarixli Sərəncamına əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[1][2]

İstinadlar

redaktə
  1. ↑ "Qusarın icra başçısı vəzifəsindən azad edilib". Apa.az (az.). 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-31.
  2. ↑ "Ş.B.Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-06-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şair_Alxasov&oldid=7796567"
LOVE.AZ