. Love.az

Samil Mahmudbeyov Rejissor - Wikipedia - Love.az

Ana Səhifə - Samil Mahmudbeyov Rejissor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Şamil Mahmudbəyov.

Şamil Fəraməz oğlu Mahmudbəyov (6 fevral 1924, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 18 may 1997, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist,[1] filmlərin bədii rəhbəri, Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).[2]

Şamil Mahmudbəyov
Doğum tarixi 6 fevral 1924
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 may 1997 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Həyat yoldaşı Tamella xanım Mehdi qızı İrəvanski
Atası Fəraməz Mahmudbəyov
Anası Şövkət xanım Kazımbəyova
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1955-ci ildən
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976 Azərbaycan SSR Dövlət mükafatı — 19701970
IMDb ID1190203

Mündəricat

  • 1 Həyatı
  • 2 Xatirəsi
  • 3 Təltif və mükafatları
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur.[3] O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib.

Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od. Səma", "Həyat bizi sınayır", "Skripkanın sərgüzəşti", "Dörd bazar günü", "Dərviş Parisi partladır" (K.Rüstəmbəyovla birlikdə), "Bayquş gələndə", "Od içində", "Tənha narın nağılı" (H.Turabovla birlikdə) filmlərini çəkmişdir. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olmuşdur.[4] Film Azərbaycanın Qızıl Fonduna daxil edilib. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülmüşdür. Film Böyük Vətən Müharibəsindən sonrakı ilk illərdən bəhs edir.

Şamil Mahmudbəyov eyni zamanda aktyor olmuş "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Fəryad" bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa etmişdir. Ağır xəstəliyə tutulmuş rejissor "Divar" və "İnsan" adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir.[5]

Ş.Mahmudbəyov 1997-ci ildə Bakıda vəfat etmişdir.

Xatirəsi

redaktə

Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu tərəfindən sənətkarın anadan olmasının 90 və 95 illiyinə həsr edilmiş tədbirlər təşkil edilib.

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976[6]
  • Azərbaycan SSR Dövlət mükafatı — 29 sentyabr 1970

Filmoqrafiya

redaktə
 
"Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunda
 
"Fəryad" filmində Samvel rolunda
 
"Fransız" filmində Dayı rolunda
  • 20+1 (film, 1986) (qısametrajlı bədii süjet — Mozalan № 105)
  • Adam (film, 2010)
  • Ağstafa Şərabçıları (film, 1992)
  • Azərbaycan kinosu-80 (film, 1996)
  • Bayquş gələndə... (film, 1978)
  • Dərviş Parisi partladır (film, 1976)
  • Dörd bazar günü (film, 1975)
  • Əyri yolla qazanc (film, 1960)
  • Fəryad (film, 1993)
  • "Fransız" (film, 1995)
  • Həyat bizi sınayır (film, 1972)
  • "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956)
  • Qara daşlar (film, 1956)
  • Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  • Qatır Məmməd (film, 1974)
  • Qoca əsgər (film, 1993)
  • Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
  • Naxçıvan MSSR (film, 1959)
  • Od içində (film, 1978)
  • Onun 150 yaşı var (film, 1958)
  • Romeo mənim qonşumdur (film, 1963)
  • Skripkanın sərgüzəşti (film, 1972)
  • Şərikli çörək (film, 1969)
  • Tənha narın nağılı (film, 1984)
  • Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  • Yenilməz batalyon (film, 1965)

İstinadlar

redaktə
  1. ↑ Əhmədalılar, T. "Qaraca qız"adək və sonra…: Kadrarxası "qaranlıq"ların ən işıqlılarından biri – [filmin rejissoru və ssenaristi Şamil Mahmudbəyovdur] //Mədəniyyət.- 2014.- 3 dekabr.- S.13.
  2. ↑ Yusif, M. Təvazökar insan, gözəl rejissor: Şamil Mahmudbəyov: [Əməkdar incəsənət xadiminin həyat və ya-radıcılığı haqqında] //Ekran-efir.- 2012.- 7 dekabr.- S. 9.
  3. ↑ ""Qaraca qız"adək və sonra…". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  4. ↑ "Şamil Mahmudbəyov öz filmlərində yaşayır". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  5. ↑ "Onun həyat filmi Şamil Mahmudbəyov yad edildi". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  6. ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı

Mənbə

redaktə
  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
  • Mükərrəmoğlu, M. "Bir ömrün yadigarları" [Dekabrın 5-i xalq artisti, kinorejissor Şamil Mahmudbəyovun doğum günü idi] //Xalq.- 2002.- 7 dekabr.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şamil_Mahmudbəyov_(rejissor)&oldid=8123155"
LOVE.AZ