. Love.az

Sesgilan Mehellesi - Wikipedia - Love.az

Ana Səhifə - Sesgilan Mehellesi

Şeşgilan(fars. ششگلان‎) — Təbrizin köhnə məhəllələrindən biri.

Şeşgilan məhəlləsi
38°04′56″ şm. e. 46°18′29″ ş. u.HGYO
Ölkə
  •  İran
Xəritəni göstər/gizlə
Şeşgilan məhəlləsi xəritədə
Şeşgilan məhəlləsi
Şeşgilan məhəlləsi

Mündəricat

  • 1 Haqqında
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Mənbələr

Haqqında

redaktə

Şeşgilan məhəlləsi Təbrizin tarixi məhəllələrindən biridir və şimaldan Sərxab məhəlləsi, cənubdan Xiyavan məhəlləsi və Mehran çayı, şərqdən Daş Körpüsü və Selab məhəlləsi, qərbdən Sırxab və Hərəmxana məhəllələri ilə əhatələnib. Onun ərazisi Qarı körpüsündən Abbasi küçəsinə qədər uzanmaqdadır.

Məhəllədə 6 tarixi məscid vardır. Bunlardan biri olan Əmir Vüzəra məscidi Şeşgilanın ən önəmli məscididir. Məhəllənin adı Rozat-e Canan və digər qədim qaynaqlarda Şeşgilan kimi yazılmışdır. Məhəllədə bir sıra tarixi evlər yerləşməkdədir. Bunlardan bəziləri Dərviş Lağərinin Təkiyəsi, Dar-e-Moalamin və Köhnə Dövlətxana binalarıdır.[1] Bu məhəllə Elxanilər dövründə, yəni Təbriz paytaxt ikən Azərbaycan hakimliyinin mərkəzi hesab edilirdi. Qacar şahzadəsi və Azərbaycan hakimi olan Abbas Mirzə dövründə inşa edilən Əmir Nizam evi (Qacar Muzeyi) də bu məhəllədə yerləşməkdədir.[2]

Tarixçi Nadir Mirzə bu məhəllə barədə bunu yazmışdır:[1]

Bura kiçik məhəllədir, insanların çoxu əyanlar və tanınmış şəxslərdir. Məhəllə Bağmeşənin səmtlərindən biridir. Şeşgilanı "Dərb-e Rey" dəftərinə yazırlar.

Etemad əl-Səltənə bunları qeyd etmişdir:[1]

Təbrizdə hökmdarlara məxsus olmayan tikililər arasında ən məşhurlarından biri, Şeşgilan məhəlləsində yerləşən əzizxan Sərdar Kəbirin sarayıdır ki, həqiqətən də gözəllik baxımından bu şəhərin birinci dərəcəli tikilisi sayılır.

Bu məhəllənin sakinləri Bağmeşə, Qaraməlik, Sərxab və Dəvəçi məhəllələri ilə birlikdə Məşrutə hərəkatına qarşı fəaliyyət göstərmişdirlər. Bu prosesdə onların rəqibi Xiyavan və Əmirxiz məhəlləsi sakinləri idilər. Bu məhəllələrin sakinləri məşrutə hərəkatını dəstəkləməkdə idilər. Beləliklə, bu məhəllələr arasında məşrutə inqilabı dövründə vətəndaş müharibəsi yaşanmışdı.[3]

Qalereya

redaktə
  •  
    Şüəra məqbərəsi
  •  
    Əmir Nizam evi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Zoqi və Laleh, 1374
  2. ↑ "Şeşgilan". Lüğətnamə-ye Dehxodā. 20 Dey 1388.
  3. ↑ Kamalvand, 1336. səh. 36, 37, 50

Mənbələr

redaktə
  • Zoqi və Laleh, Zoqi, Fariborz və Niknam Lale, Eyub, Təbriz dar guzare tarix, Təbriz: Entişarat-e Yaran, 1374
  • Kamalvand, Əli, Baskervil və Enqelab-e İran, Tehran: Lalezar, 1336
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şeşgilan_məhəlləsi&oldid=8151900"
LOVE.AZ