. Love.az

Deveci Mehellesi - Wikipedia - Love.az

Ana Səhifə - Deveci Mehellesi

Dəvəçi məhəlləsi (fars. دوه‌چی‎)— Təbriz şəhərinin böyük və qədim məhəllələrindən biri. Məhəllənin adı sonradan farslaşdırılmış və Şütürban edilmiştir. Bu ad da farscadan tərcümə də Dəvəçi mənasını verməkdədir. Təbrizin ən böyük məhəlləsi hesab edilir.[1][2]

Dəvəçi məhəlləsi
38°06′27″ şm. e. 46°17′38″ ş. u.HGYO
Ölkə
  •  İran
Xəritəni göstər/gizlə
Dəvəçi məhəlləsi xəritədə
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi
1908-ci ilə aid Təbriz məhəllələrini göstərən xəritə.

Mündəricat

  • 1 Haqqında
    • 1.1 Adı
    • 1.2 Tarixi əsərlər
    • 1.3 Tarixi
  • 2 İstinadlar
  • 3 Mənbə

Haqqında

redaktə

Bu məhəllə şimaldan Eynəli dağına, cənubdan Meydançay çayına, şərqdən Sərxab məhəlləsinə, qərbdən isə Əmirxiz məhəlləsinə bitişikdir. Dəvəçi məhəlləsində yerləşən otuz məsciddən ən mühümü Ərəblər məscidi hesab olunur. Həmçinin, Seyid İbrahim imamzadəsi, Gəru dərəsi və Sahibül-əmr meydanı da bu məhəllənin ərazisində yerləşir. Məşhur xəttat Mirzayi Sənglax tərəfindən hazırlanmış “Bismillahir-rəhmanir-rəhim” kitabəsi əvvəllər Seyid İbrahim imamzadəsində saxlanılırdı, lakin sonradan Azərbaycan Muzeyinə köçürülmüşdür.[3]

Məshur tarixi hadisələrdən biri kimi, İran Məşrutə hərəkatı zamanı bu məhəllənin əhalisinin əksəriyyəti Bağmeşə, Qarəməlik, Sərxab və Şeşgilan məhəllələrinin sakinləri ilə birlikdə məşrutə əleyhdarı mövqe tutmuş, Xiyavan və Əmirxiz məhəllələrinin məşrutə tərəfdarlarına qarşı çıxaraq, daxili qarşıdurmalara və silahlı toqquşmalara səbəb olmuşdur.[4]

Adı

redaktə

Tarixi mənbələrdə və qədim kitablarda Dəvəçi və ya Dohçilər məhəlləsi bəzən "Sərban" (yəni, dəvəçi) adı ilə də qeyd olunmuşdur. Azərbaycan türkcəsində “doh” (دوْه) sözü “dəvə” mənasını verdiyi üçün, bu ərazinin də Dohçilər (yəni, dəvəçilər) adlandırıldığı ehtimal olunur. XX əsrin birinci yarısına qədər Dohçi məhəlləsinin əhalisi əsasən iki peşə ilə məşğul olurdu: ya ticarətlə məşğul idilər, ya da karvansara işlədirdilər. Hər bir ailə müəyyən ticarət növü ilə məşğul olurdu və ailənin soyadı da ya həmin peşəyə, ya da ticarət əlaqəsi saxladıqları coğrafi bölgəyə uyğun seçilirdi. Məsələn: Zəfərançı, Rəsmançı, Fərşçi, İrəvançı, Varşavçı və sair. Karvansaralarda tacirlərin yükləri toplanar və dəvəçilər) bu yükləri Qafqaz, Avropa və Şam istiqamətlərində aparıb gətirərdilər. Bu insanlar, bölgənin ənənəvi və mexaniki olmayan nəqliyyat sisteminin əsasını təşkil edirdilər. Elə bu səbəbdən də məhəllə əvvəlcə Dohçilər (dəvəçilər), sonralarsa Dohçi adını almışdır. Bu peşə ilə məşğul olan tanınmış şəxslərdən bəziləri: Hacı Əli Dohçi, Hacı Xudagülü, Hacı Xəlil Dohçi, Hacı Mirzə Məhəmməd və Hacı Əli İrlu olmuşdur.[3]

Tarixi əsərlər

redaktə

Aşağıda qeyd edilən abidələrdən bəziləri hal-hazırda mövcud deyildir.[3]

  • Müşir əl-Tüccar su anbarı
  • Dohçi (Dəvəçi) bazarçası
  • Molla Məhəmməd Dayı körpüsü
  • Vəzir hamamı
  • Hacı Seyid Yəzdaninin evi
  • Hacı Əliəkbər Şiləçinin evi
  • Hacı Kərimin evi
  • Hacı Mətləbxanın evi
  • Höccətülislamın köhnə evi
  • Mir Əbülfəzlin evi
  • Mirzə İshaqxan evi
  • Ağa Acçı karvansarası
  • Hacı Hüseynin karvansarası
  • Hacı Xəlilin karvansarası
  • Hacı Məhəmmədcəfərin karvansarası
  • Hacı Mirzə Məhəmmədəminin karvansarası
  • Həsənin karvansarası
  • Kərbəlayi Allahverdi karvansarası
  • Məşhədi Cəfərin karvansarası
  • Məşhədi Məhəmmədin karvansarası
  • Molla Məhəmməd Dayı karvansarası
  • Mirzə İbrahim karvansarası
  • Əşqi Əlimərdəl İrlunun karvansarası
  • Mirzə Rza Sabunpəz karvansarası
  • Dohçi (Dəvəçi) qəbiristanlığı
  • Mirzə Mehdi məktəbi
  • Dəbbaxxana məscidi
  • Sahibül-əmr meydanı
  • Saman meydanı
  • Buzxana
  • Buzxana xarabası
  • Sahibabad meydanı
  • Həşt Bəhişt sarayı (Sahibabad bağı)
  • Həsən Paşa məscidi
  • İslamiyyə məhəlləsi (Daş Dərbəndi)

Tarixi

redaktə

Nadir Mirzə xatirələrində Dəvəçi məhəlləsinin kəndxudası olaraq Hacı Mirzə Musaxan Kəndxudabaşını tanıdır. O, Ahı və Kəndxudayi ailələrinin ulu babası hesab olunur. Hacı Mirzə Musaxandan sonra onun böyük oğlu Əliəkbər xan Kəndxudabaşızadə bu vəzifəni öhdəsinə götürmüş və Pəhləvi hakimiyyətindən əvvəl Dəvəçi məhəlləsinin sonuncu kəndxudası olmuşdur.[3]

Nadir Mirzə həmçinin bu məhəllədəki kəhrizlər (qanatlar) barədə də belə yazır:[5][1]

İmamcümə Kəhrizi:

Bu böyük kəhriz şərqdən axaraq gələn bir axardır. Bu kəhrizi Hacı Mirzə Lütfəli İmamcümə qazdırmışdır.

Əmirnizam Kəhrizi:

Bu kəhriz, Acı körpüsünə yaxın bağları suvarır. Onun qazılması əmri Əmir Böyük Məhəmmədxan Zəngənə tərəfindən verilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Maḥalla-hā-yi qadīmī-yi Tabrīz". tabriz16.blogsky.com. İstifadə tarixi: 31 may 2025.
  2. ↑ "Kūy-i Shotorbān (Dovachī)". shishdong.com. İstifadə tarixi: 31 may 2025.
  3. ↑ 1 2 3 4 Zoqi və Laleh, 1374
  4. ↑ Kamalvand, 1336. səh. 36, 37, 50
  5. ↑ Nāder Mīrzā, 1323

Mənbə

redaktə
  • Nāder Mīrzā, Tārīkh va jughrāfiyā-ye Dār al-Salṭaneh-ye Tabrīz, Tehran: Iqbal, 1323
  • Kamalvand, Əli, Baskervil və Enqelab-e İran, Tehran: Lalezar, 1336
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəvəçi_məhəlləsi&oldid=8156864"
LOVE.AZ