Şikəstə — aşıq sənətinin nümunəsi[1] və vokal-instrumental zərbi-muğam.[2]
Şikəstə lirik xarakterli olur, məqam əsası segah olur. Musiqi ölşüsü 2/4 olur.[2] Hesab olunur ki, əvvəllər şikəstələr aşıqlar tərəfindən ifa olunardı, zamanla həmçinin xanəndələr tərəfindən də ifa olunmuşdu.[1]
Şikəstənin Qarabağ şikəstəsi, Kəsmə şikəstə, Şirvan şikəstəsi,[2] Sarıtorpaq şikəstəsi və sair növləri var.[1]