Sarıtorpaq şikəstəsi — şikəstə növlərindən biri.[1][2]
Sarıtorpaq şikəstəsini[3] Şamaxının qədim məhəllələrindən biri olan[4] Sarıtorpaq məhəlləsi ilə əlaqələndirirlər[3]. Şamaxının Sarıtorpaq məhəlləsində doğulmuş[5] Azərbaycan xanəndəsi və şairi[6] Mirzə Məhəmmədhəsən Sarıtorpaq şikəstəsinin müəllifi sayılır[7][8]. Bu şikəstə aşıq sənətində ifa olunur.[1] Sarıtorpaq şikəstəsini Şirvanda aşıq sənətinin xanəndəliyə təsirinin nümunələrindən biri kimi hesab etmək olar.[9]
Hesab olunur ki, Sarıtorpaq şikəstəsi Kəsmə şikəstəyə yaxındır. Deyilir ki, Azərbaycan xanəndəsi, şairi[10] Hacıbaba Hüseynov onları mahiyyətcə eyni muğam sayırdı, amma Şamaxıda və Şəkidə ifa olunan Sarıtorpaq şikəstəsini fərqli sayırdı.[11]