Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943).
Şua Şeyxov | |
---|---|
Şua Nəsrulla oğlu Şeyxov | |
![]() | |
Doğum tarixi | 7 noyabr 1905(1905-11-07) |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1970(1970-01-27) (64 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() ![]() |
Uşaqları | Natəvan Şeyxova, Ramiz Şeyxov |
Atası | Nəsrulla Şeyxov |
Fəaliyyəti | teatr rejissoru, kinorejissor, aktyor, ssenarist |
Mükafatları |
![]() |
Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.[1]
Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev[rus.]" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib.[1] 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.[2]
Rejissor 1970-ci ildə Bakıda vəfat edib.
Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.
Tamaşa | Müəllif |
---|---|
Çətin dərə | Səttar Axundov |
Tərlan | Cəlal Məmmədov, Mirpaşa Miriyev |
Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov |
Gənc partizan | Nadejda Filippova |
Ardı var | Brunşteyn |
Eşq və intiqam | Süleyman Sani Axundov |
Tamahkar | Süleyman Sani Axundov |
Hacı Qəmbər | Nəcəf bəy Vəzirov |
Almaz | Cəfər Cabbarlı |
Sevil | Cəfər Cabbarlı |