Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 16 gün əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əbülfəz Fərəc oğlu Cabbarov (1956, Naxçıvan) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqının (1984) və SSRİ Rəssamlar İttifaqının üzvü.
Əbülfəz Fərəcoğlu | |
---|---|
Cabbarov Əbülfəz Fərəc oğlu | |
Doğum tarixi | 1956 |
Doğum yeri | |
Fəaliyyəti | rəssam, universitet müəllimi[d] |
Təhsili | |
Üzvlüyü |
Əbülfəz Fərəcoğlu 1956-cı ildə Naxçıvanda anadan olub.[1]
1977–1981-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində təhsil almışdır.
1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə Beynəlxalq Plastik Sənətlər Birliyinə üzv seçilmişdir.
1981–1994-cü illərdə Naxçıvan İncəsənət Məktəbində müəllim işləmişdir. 1997-ci ildən 2020-ci ilə kimi Türkiyə Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[2]
Əsərləri Türkiyə, Almaniya, Bolqarıstan, Fransa, Rusiya, Ukrayna, Polşa, İran, Yaponiyada nümayiş etdirilib. Həmçinin müxtəlif ölkə və şəhərlərdə keçirilən qarışıq sərgilərdə, həm qrafika, həm də rəngkarlıq əsərləri ilə iştirak etmişdir.[3]