Əbu Bəkr əl-Xəssaf (ərəb. أبوبكر الخصاف) və ya Əbu Bəkr Əhməd ibn Ömər ibn Muheyr əl-Xəssaf əş-Şeybani (I minillik – 875[1], Bağdad) — Hənəfi məzhəbinin müctəhidi. Fəqih.
Əbu Bəkr əl-Xəssaf | |
---|---|
ərəb. الخصّاف | |
Doğum tarixi | təq. 797 |
Vəfat tarixi | |
Vəfat yeri | Bağdad, Abbasilər |
Elm sahəsi | fiqh |
Doğum tarixi dəqiq bilinməsə də 797-ci ildə dünyaya gəldiyi güman edilir. Pinəçi olduğu üçün ləqəbi "Xəssaf"dır. Həsən ibn Ziyadın tələbəsi olan atası Ömər ibn Muheyrdən fiqh öyrənmişdir. Əbu Asim ən-Nəbil, Müsəddəd ibn Müsərhəd, Abdullah ibn Məsləmə əl-Qanəbi, Vaqidi, Əbu Bəkr ibn Əbu Şeybə, Əli ibn Mədini, Əbu Nueym Fəzl ibn Dukeyn, Vəhb ibn Cərir və Əbu Davud ət-Təyalisi kimi alimlərdən hədis rəvayət etmişdir. Abbasi xəlifəsi Mötəz-Billah dövründə bir müddət qazılıq etmişdir. Möhtədi-Billahın da rəğbətini qazanmış və onun adından xərac haqqında əsər yazmışdır. Mötədinin ölümündən sonra Xəssafın evi talan edilmiş, əsərləri yoxa çıxmışdır. Bundan sonra o, özünü təcrid etmiş, ibadətlə məşğul olmuşdur. 875-ci ildə Bağdadda vəfat etmişdir.[2]
O, dövrünün və özündən sonrakı dövrün İraq fiqh məktəbinin görkəmli nümayəndələrindən olmuşdur. Xəssaf Əbu Hənifə və onun tələbələrinin fikirlərini dəyərləndirərək onlar arasında seçim etmiş, həmçinin bu imamlardan rəvayət olmayan məsələlərdə özü ictihad etmişdir. Bu səbəbdən Halvani ondan böyük bir alim kimi bəhs etmiş, Kamalpaşazadə isə onu bu mövzuda müctəhidlərdən saymışdır.[2]
Xəssaf məzhəb fiqhi ilə bağlı ümumi kitablar əvəzinə konkret fiqhi mövzularda əsərlər yazmışdır. Öz sahəsinin ilk əsərlərindən olan bu əsərlər Hənəfi ədəbiyyatının formalaşmasına böyük rol oynamışdır. O əsərləri bunlardır:
Xəssafın mənbələrdə adı çəkilən digər əsərləri bunlardır: