Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə.
Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi.
Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi.
Mahalda Xalac, Noraşenik, Arçazur, Axtaxana, Xоtanan, Çоbanlı, Оxtarlı, Tavrus, Qaradığa adlı kəndlər qərar tuturdu.[1]
1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının nahiyəsi
Qədim-qayım Qarabağın mahallarından biri də Əcənan-Türk idi. Əcənan-türk mahalı orta çağda Əcənan nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb.
Mahal qədim Əcənan nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Xalac obası idi.
Əcənan mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Məlik Məhəmməd bəy Bağabürdlü | 1747 | 1787 |
Naib | Hacı Ağalar bəy Sarıcalı-Cavanşir | 1787 | 1822 |