Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist.
Musa Urud | |
---|---|
Musa İsa oğlu Quliyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1961(1961-11-25) (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, şair |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
![]() |
![]() |
Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir.
1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir.
Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Ailəlidir, 3 övladı var.[1]
Yeni Azərbaycan Partiyasının birinci qurultayında partiyanın siyasi şurasının üzvü seçilən Musa Quliyev YAP-ın bütün konfrans və qurultaylarının iştirakçısı olmuşdur. YAP-ın 04 mart 2021-ci ildə keçirilən VII qurultayında Musa Quliyev YAP İdarə Heyətinin üzvü seçilmişdir.
Musa Quliyev 2000-ci ildə YAP-ın proporsional seçki siyahısı üzrə II çağırış Milli Məclisə deputat seçilmiş, Milli Məclisin Sosial siyasət daimi komissiyasının və İntizam komissiyasının üzvü olmuşdur.
Gəncə şəhəri 40 saylı seçki dairəsi üzrə 2005-ci il III çağırış, 2010-cu il IV dördüncü çağırış, 2015-ci il V çağırış, 2020-ci il VI çağırış Milli Məclisin deputatı seçilmişdir.
2005–2015-ci illərdə Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, 2015–2020-ci illərdə Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, 2020-ci ildən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir.
2010-cu ildən Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. 2025-ci ildə komissiyanın sədr müavini seçilib.[2]
Səhiyyə və sosial müdafiə sahəsində 12 Qanun layihəsinin müəllifi, 15 Qanun layihəsinin hazırlanmasında işçi qrupunun rəhbəri olmuşdur.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Vikianbarda Musa Urud ilə əlaqəli mediafayllar var. |