19 mart 2025-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və bir çox şəxs kütləvi şəkildə həbs edildi.
Əkrəm İmamoğlunun həbsi | |
---|---|
![]() İmamoğlu 2024-cü ilin martında | |
Tarix | 19 mart 2025 |
Yeri | |
Səbəbi | Əkrəm İmamoğluna qarşı "cinayət təşkilatı qurma, qəsb, rüşvət, dələduzluq, çirkli pulların yuyulması, terror qruplaşmaları ilə əməkdaşlıq və korrupsiya" kimi ittihamların irəli sürülməsi |
İştirakçılar | Türkiyə polisi |
Nəticəsi | Ölkə daxilində hökumətə qarşı etirazların başlaması və iqtisadi böhran |
![]() |
19 mart 2025-ci ildə Əkrəm İmamoğlu "cinayət təşkilatı qurma, qəsb, rüşvət, dələduzluq, çirkli pulların yuyulması, terror qruplaşmaları ilə əməkdaşlıq və korrupsiya" kimi ittihamlarla həbs edildi. Eyni gündə keçirilən əməliyyatlarda İmamoğlunun müşaviri Murat Ongun və bəzi ilçə bələdiyyə sədrləri də daxil olmaqla ümumilikdə 100-dən artıq şəxs saxlanıldı.[1][2] Bu hadisələr İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının Türkiyədə növbəti prezident seçkiləri üçün partiyanın potensial prezident namizədi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda baş tutdu. CHP liderləri həbs əməliyyatlarını "çevriliş cəhdi" adlandıraraq qınadı və İmamoğluna dəstəklərini ifadə etdilər.[3]
Həbsin ardından, eyni gündə ölkənin müxtəlif yerlərində İmamoğlunun həbsinə etiraz olaraq etiraz aksiyaları başladı. 23 mart 2025-ci ildə CHP-nin Türkiyədəki növbəti prezident seçkilərində prezident namizədini müəyyənləşdirmək üçün keçirdiyi ilkin prezident seçkisində İmamoğlu tək namizəd oldu və Özgür Özəlin sözlərinə görə, o, 14 milyon 850 mindən çox səs alaraq partiyanın rəsmən prezident namizədi seçildi.[4][5]
Hadisədən 1 gün əvvəl, 18 mart 2025-ci ildə İstanbul Universiteti Əkrəm İmamoğlunun onun növbəti prezident seçkilərində namizədliyini məhdudlaşdıran qanun pozuntularını əsas gətirərək dərəcəsini ləğv etdi. Qərar müxalifətin onu prezident namizədi kimi təqdim etməsinə bir neçə gün qalmış baş verdi.[6]
2025-ci il martın 19-u səhər saatlarında Türkiyə polisi İmamoğlunun İstanbuldakı iqamətgahını mühasirəyə alıb. O, yerli vaxtla təxminən səhər saat 07:00-da "Twitter"də etdiyi paylaşımda günə başlayarkən ictimaiyyətə açıqlamasında bu ifadələrə yer verib: "Böyük bir zülmlə qarşı-qarşıyayıq, amma boyun əyməyəcəyimi bilməyinizi istəyirəm. Özümü xalqıma əmanət edirəm.". Qısa bir vaxtdan sonra isə onun müşaviri Murat Ongun, CHP-li iki İstanbul ilçə bələdiyyə sədri və bir çox jurnalist və biznesmen də daxil olmaqla 100-dən artıq şəxs saxlanılıb.[7]
İstanbul Baş Prokurorluğu onu korrupsiya, qəsb, rüşvət və bələdiyyə müqavilələri ilə bağlı çirkli pulların yuyulmasında ittiham edərək "cinayətkar təşkilatın lideri" olmaqda ittiham edib. İmamoğlu və tərəfdarları ittihamların uydurma olduğunu bildirib və əsas məqsədin Ərdoğanın İmamoğlunu özünə siyasi rəqib kimi gördüyü üçün onu ortadan qaldırmağa çalışmaq olduğunu iddia edib.[1]
Cümhuriyyət Xalq Partiyası sədri Özgür Özəl qərarın qarayaxmadan ibarət olduğunu və martın 23-ündə İmamoğlunu partiyanın prezident namizədi kimi açıqlayacaqlarını bildirib.[7] Akademik Soner Çağaptay "Ərdoğan 1990-cı illərdə İstanbul meri olanda seçiciləri ölkə lideri olacağına inandıra bildiyi kimi, İmamoğlu da eyni qaydada öz brendini yarada bilib. Bu, Ərdoğan üçün böyük təhlükədir ki, baltanı kökündən vurmağa qərar verib." deyə o, bildirib.[8]
Onun həbsi ölkədə böyük səs-küyə səbəb olub. Türkiyə daxilində kütləvi etirazlar başlayıb[9][10] və ölkədəki iqtisadi böhran kəskinləşib.[11] Ölkədə şəbəkə tutumu məhdudlaşdırılıb[12] və bəzi kanalların yayımına qadağalar gətirilib.[13] Türkiyə hökumətinin "Twitter"ə ünvanladığı 700-dən artıq "Twitter" hesabının bağlanılması ilə bağlı müraciətə "Twitter" imtina cavabı vermişdir.[14]
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli İmamoğlunun saxlanılmasının "bölgə üçün pis xəbər" olduğunu və "prosesin Türkiyənin inkişaf fürsətlərinə mane olacağını və Türkiyənin Avropa Birliyinə üzv olacağı bir dönəmdə olduğunu və bu dönəmdə müxalifətdən bir liderin həbsinin ölkənin inkişafına zərər verəcəyini" deyib.[15]
Hadisələrdən sonra 23 mart 2025-ci ildə CHP-nin Türkiyədəki növbəti prezident seçkilərində prezident namizədini müəyyənləşdirmək üçün keçirdiyi ilkin prezident seçkisində İmamoğlu tək namizəd oldu və Özgür Özəlin sözlərinə görə, o, 14 milyon 850 mindən çox səs alaraq partiyanın rəsmən prezident namizədi seçildi.[4][5]