Əkrəm İmamoğlu (türk. Ekrem İmamoğlu; d. 3 iyun 1971[1], Cevizli[d], Trabzon ili[4]) — Türkiyə siyasətçisi, İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri (2019-cu ildən). O, növbəti prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının prezident namizədi elan edilmişdir.
Əkrəm İmamoğlu | |
---|---|
türk. Ekrem İmamoğlu | |
![]() 2024-cü ilin martında İmamoğlu | |
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri | |
Vəzifədədir | |
27 iyun 2019-cu ildən | |
Əvvəlki | Əli Yerliqaya (müvəqqəti) |
Sədrin birinci müavini Nuri Aslan hal-hazırda vəzifəni müvəqqəti icra edir. | |
17 aprel 2019 – 6 may 2019 | |
Əvvəlki | Mövlud Uysal |
Sonrakı | Əli Yerliqaya (müvəqqəti) |
Türkiyə Bələdiyyələr Birliyinin sədri | |
5 iyun 2024 – 23 mart 2025 | |
Əvvəlki | Yücel Yılmaz |
Sonrakı | Zeydan Karalar (müvəqqəti) |
Bəylikdüzü Bələdiyyəsinin sədri | |
30 mart 2014 – 9 aprel 2019 | |
Əvvəlki | Yusif Uzun |
Sonrakı | Mehmet Murad Çalıq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1971(1971-06-03)[1] (53 yaş) |
Doğum yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iş adamı, yaradıcı |
Həyat yoldaşı |
|
Uşağı | 3[3] |
Dini | İslam[7] |
|
|
![]() |
|
ekremimamoglu.com | |
![]() |
İmamoğlu 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir.[8] O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir.[9] Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırılmış və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilmişdir.[10]
5 iyun 2024-cü ildə Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilmiş,[11] 23 mart 2025-ci ildə bu vəzifəsindən azad edilmiş və yerinə müvəqqəti olaraq Zeydan Karalar gətirilmişdir.[12] O, 19 mart 2025-ci ildə "terror fəaliyyətləri yürütmə və qruplaşmalarda iştirak etmə" ittihamları ilə saxlanılmışdır. Bu hadisənin ardından, eyni gündə ölkə daxilində İmamoğlunun saxlanılmasına qarşı etirazlar başlamışdır. 23 mart 2025-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, eyni gündə bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdırılmışdır. O, həbs qərarının ardından Silivri həbsxanasına göndərilmişdir.[13]
İmamoğlu 1970-ci ilin 4 iyununda[14] Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur.[15][16] İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Məzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulmuşdur. 1995-ci ildə Dilək Qaya ilə evlənmişdir və üç övladı var.[14][15]
İmamoğlu 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulmuşdur[17] və 2009-cu ildə partiyanın gənclər bölməsinin sədri seçilmişdir.[18] 16 sentyabr 2009-cu ildə CHP tərəfindən İstanbul Bəylikdüzü bölgəsi üzrə partiyanın qəsəbə təşkilatının sədrliyinə seçilmişdir. Daha sonra 15 iyul 2013-cü ildə Bəylikdüzü bələdiyyə sədrliyinə namizədliyini vermək üçün vəzifədən ayrılmazdan əvvəl 8 mart 2012-ci ildə yenidən bu vəzifəyə seçilmişdir.[16] Seçki 2014 Türkiyə bələdiyyə seçkilərinin tərkibində 30 mart 2014-cü ildə keçirildi və İmamoğlu vəzifədəki Ədalət və İnkişaf Partiyasının namizədi Yusuf Uzunu məğlub edərək və səslərin 50,44%-ni toplayaraq qalib gəlmişdir.[15][17][19]
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaşın 23 sentyabr 2017-ci ildə istefasından sonra İmamoğlu CHP tərəfindən namizəd kimi irəli sürüldü. Lakin İstanbul Bələdiyyə Məclisində Topbaşın qalan səlahiyyət müddətinin icrası ilə əlaqədar 28 sentyabr 2017-ci ildə keçirilən seçkidə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Mövlud Uysala üç raunddan sonra uduzdu: Uysal 179, İmamoğlu isə 125 səs toplamışdı.[20] CHP 18 dekabr 2018-ci ildə 2019 İstanbul bələdiyyə seçkiləri üçün yenidən İmamoğlunun namizədliyini irəli sürdü.[21] CHP ilə ittifaq quran İYİ Partiya və Xalqların Demokratik Partiyası (HDP) namizəd irəli sürməkdən imtina etmiş və bu da İmamoğlu üçün dəstəyi artırmışdır.[22]
Seçkilər 31 mart 2019-cu ildə keçirildi. Ali Seçki Şurasının qərarına görə 25,000 səs fərqi ilə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım üzərində qələbə qazandı. Ədalət və İnkişaf Partiyası öz namizədinin adından nəticələri mübahisələndirdi və iddia etdi ki, etibarsız səslər seçkiyə təsir etmiş ola bilər və ardınca da şəhərdə böyük plakatlar asaraq Yıldırımı qalib elan etdi.[23] İmamoğlu öz növbəsində partiyanı günahlandırdı və onu "pis məğlublar" adlandırdı.[24] Səslərin yenidən hesablanması 17 aprel 2019-cu ildə başa çatdı və səs fərqi 16,000-ə endi və elə həmin gün sədrlik vəsiqəsi təqdim edilərək İmamoğlu vəzifəyə başladı.[25] Yüksək Seçim Komisiyyası 6 may 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin yenilənməsinə qərar verdi və həmin gün Əkrəm İmamoğlunun əlindən sədrlik vəsiqəsi də alındı. 23 iyun 2019-cu ildə təkrarlanan seçkilərində yenidən qələbə qazanaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilmişdir. 2022-ci ilin dekabr ayında Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi əsas gətilərək haqqında 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.[26]
18 mart 2025-ci ildə diplomu ləğv edilib. Daha sonra isə universitet onun diplomunu məlumat bazasından silib.[27][28] 1 gün sonra isə o, "terror fəaliyyətləri yürütmə və qruplaşmalarda iştirak etmə" ittihamları ilə saxlanılıb.[29] 23 mart 2025-ci ildə barəsində həbs qətimkan tədbiri seçilib[30][31] və o, eyni gündə bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.[32][33][34] 26 mart 2025-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsində sədr əvəzi seçilməsi ilə bağlı iclas keçirilmiş və sədrin birinci müavini Nuri Aslan müvəqqəti bu vəzifəyə gətirilmişdir.[35]
23 mart 2025-ci ildə CHP-nin Türkiyədəki növbəti prezident seçkilərində prezident namizədini müəyyənləşdirmək üçün keçirdiyi ilkin prezident seçkisində İmamoğlu tək namizəd oldu və CHP sədri Özgür Özəlin sözlərinə görə, o, 14 milyon 850 mindən çox səs alaraq partiyanın rəsmən prezident namizədi seçildi.[36][37]
Siyasi vəzifə | ||
---|---|---|
Sələfləri Əli Yerliqaya (müvəqqəti) |
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri 27 iyun 2019 – hal-hazırda |
Xələfləri Vəzifədədir |
Sələfləri Mövlud Uysal |
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri 17 aprel 2019 – 6 may 2019 |
Xələfləri Əli Yerliqaya (müvəqqəti) |
Sələfləri Yücəl Yılmaz |
Türkiyə Bələdiyyələr Birliyinin sədri 5 iyun 2024 – 23 mart 2025 |
Xələfləri Zeydan Karalar (müvəqqəti) |
Sələfləri Yusuf Uzun |
Bəylikdüzü Bələdiyyəsinin sədri İstanbul 3 aprel 2014 – 9 aprel 2019 |
Xələfləri Mehmet Murat Çalık |
Partiya siyasi vəzifəsi | ||
Sələfləri Vəzifə təsis edildi |
CHP İstanbul Bəylikdüzü ilçə sədri 16 sentyabr 2009 – 15 iyul 2013 |
Xələfləri Turan Taşkın Özer |