. Love.az

Ekrem Ibn Ebu El Ekrem - Wikipedia - Love.az

Ana Səhifə - Ekrem Ibn Ebu El Ekrem

Ərqam ibn Əbi əl-Ərqam (ərəb. الأرقم بن أبي الأرقم‎; 590, Məkkə[1] – 673[1], Mədinə[1]) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əsl adı Əbdülmənaf ibn Əsəd ibn Abdullahdır.

Ərqam ibn Əbi Ərqam
ərəb. الأرقم بن أبي الأرقم‎
Doğum tarixi 590
Doğum yeri
  • Məkkə, Hicaz[1]
Vəfat tarixi 673[1]
Vəfat yeri
  • Mədinə, Əməvilər xilafəti[1]
Fəaliyyəti hərbi qulluqçu, Katib

Bioqrafiya

redaktə

Məkkədə anadan olmuşdur. O, varlı və nüfuzlu Məkkə qəbiləsi Bəni Məhzuma mənsub idi. Mənbələrə görə o, 80 ildən çox yaşayaraq 673 və ya 675-ci ildə vəfat etmişdir. Buna görə də o, təxminən 594 ilə anadan olması ehtimal edilir.

Ərqam həyatı boyu həmişə zəifləri və ehtiyacı olanları müdafiə etmiş, ədalətin ardıcıl tərəfdarı olmuşdur. O, təqvası və zahidliyi ilə seçilirdi. Əl-Ərqam təxminən 17-18 yaşında İslamı qəbul edən ilk şəxslərdən idi.

Əl-Ərqamin Səfa təpəsinin şərqindəki (ərəb. دار الأرقم‎) evi Məkkə müsəlmanlarının ilk mərkəzi olur. Burada ilk müsəlmanlar öz məclislərinə toplaşır, Quran oxuyur, birgə dualar edirdilər. Məhəmməd peyğəmbər buraya köçmüş və bir müddət yaşamışdır. Məkkə müşriklərinin müsəlmanlara ağır işgəncə və təhqirlərə məruz qaldıqları dövrdə müsəlmanların problemlərini öz aralarında paylaşa bildikləri yeganə yer Ərqamın evi idi. Orada Peyğəmbərlə görüşüb gizli dua edə bilərdilər. Bu evdə Peyğəmbərin Ömər, Həmzə, Əmmar, Musab, Şüheyb və bir çox başqaları kimi məşhur səhabələr İslamı qəbul edir. Ömərin İslamı qəbul etməsindən sonra müsəlmanlar ilk dəfə Ərqamın evini tərk edərək Kəbənin müqəddəs məbədində açıq şəkildə dua edirlər.

Əl-Ərqam Mədinəyə hicrət edən ilk müsəlmanlardan idi. Orada müsəlman dövlətinin qurulmasında və möhkəmlənməsində iştirak etmişdir. Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir. O, həm də savadlı bir şəxs idi və Peyğəmbərin katibləri arasında idi, Məhəmməd peyğəmbərə nazil olan vəhyləri yazırdı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Али-заде А. Аркам ибн Абу аль-Аркам (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 87.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərqam_ibn_Əbi_Ərqam&oldid=8149595"
LOVE.AZ