Əli İsa Cabbarov (20 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser.[1] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.[2]
Əli İsa Cabbarov | |
---|---|
Doğum tarixi | 20 sentyabr 1974(1974-09-20) (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | kinorejissor, rejissor, prodüser |
Üzvlüyü | |
IMDb | ID1802100 |
Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır.
2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib.
2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru[3] və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır.
Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir.
2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.