"Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
"Sarı gəlin"in sorağında | |
---|---|
![]() | |
Janr | tarix |
Rejissor | |
Ssenari müəllifi | |
İlk baxış tarixi | 7 noyabr 2023 |
Ölkə | |
Dil | Azərbaycan dili |
Rəng | rəngli[d], ağ-qara[d] |
Çəkiliş yeri | Bakı, İsmayıllı rayonu, Gədəbəy rayonu, Kəlbəcər rayonu |
![]() |
Film Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz" layihəsi çərçivəsində Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən çəkilib.[1]
Filmdə bədii çəkilişlər İsmayıllı rayonunda, digər çəkilişlər isə Qərbi Azərbaycanla sərhəd rayonlarda Gədəbəy və Kəlbəcərdə aparılıb. Filmdə həmçinin 1930-cu illərə dair arxiv kadrları və Moskvadan əldə edilmiş materiallardan da istifadə olunmuşdur.
Tammetrajlı sənədli filmin süjet xətti "Sarı gəlin" xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsin təbliğidir. Burada etnoqrafiya və folklordan yalnız əsas məqsədə nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilmişdir.[2]
7 noyabr 2023-cü ildə Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirilib.[3] Təqdimatda eyni zamanda "western-azerbaijan.az" saytının da təqdimatı olmuşdur. Film və sayt azərbaycan, ingilis və erməni dillərində yayımlanacaq.
Filmdə bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb. Filmdə həmçinin vaxtı ilə Qərbi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühitinə, o ərazilərin tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirlərinə yer verilib.