. Love.az

Eli Semedov - Wikipedia - Love.az

Ana Səhifə - Eli Semedov

Əli Qafur oğlu Səmədov (1 sentyabr 1930, Mallı Şıxlı, Göyçay rayonu – 30 may 2006, Bakı) — Azərbaycan yazıçısı.[1][2]

Əli Səmədov
Əli Qafur oğlu Səmədov
Doğum tarixi 1 sentyabr 1930(1930-09-01)
Doğum yeri
  • Mallı Şıxlı, Göyçay rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 may 2006(2006-05-30) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti yazıçı, dramaturq
Fəaliyyət illəri 1959-cu ildən
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

Əli Səmədov 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur.[3]

Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır. O, əmək fəaliyyətinə 1953-cü ildə Artyomda tərbiyəçi-müəllim kimi başlamışdır. Sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyində inspektor, respublika kinoprokat idarəsində rəis müavini, Azərbaycan Kinematoqrafçılar İttifaqında sovet incsənətinin təbliği bürosunun direktoru, "Azərbaycan pioneri" qəzeti redaksiyasında "Ədəbiyyat və incəsənət" şöbəsinin müdiri olmuşdur.

Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor işləyir.

Ə. Səmədov ədəbi yaradıcılığa 1959-cu ilin mayında "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Unuda bilmirəm" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çıxış etmişdir. Onun "Artıq tamah baş yarar", "Hərənin bir ulduzu", "Kibrit çöplərinin macərası" və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuşdur.

"Artıq tamah baş yarar" nağıl-pyesi 1964–1983-cü illərdə A. Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.

Azərbaycan uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədov 2006-cı il may ayının 30-da vəfat edib.[1]

Kitabları

redaktə
  • Волшебный ковер. Баку: Гянджлик, 1981.
  • Серьги ландыша. Баку: Гянджлик, 1981.
  • Каждому свое счастье. Баку: Гянджлик, 1984.
  • Generalın uşaqlığı. Bakı: Gənclik, 1991.
  • Kefindən ölən adam. Bakı: Azərnəşr, 1991.
  • Nağıllı-Macəralı pyeslər. Bakı: Maarif, 1992.
  • Nağıllar, əfsanələr, tapmacalar. Bakı: İşıq, 1993.
  • Seçilmiş əsərləri. Bakı: Gənclik, 1996.
  • Qanlı bənövşə. Bakı: "Azərbaycan Ensiklopediyası" NPB, 1996.
  • Beş ömrün bir yolu. Bakı: Hərbi, 1997.
  • Çinarlı şəhərin nəğmələri. Bakı: Şirvannəşr, 1998.
  • İki ömür yaşayan adam. Bakı: Hərbi nəşriyyat, 1999.
  • Ömrümə düşən işıq. Bakı: Günəş, 1999.
  • Yetmiş ilin yetmiş sevinci. Bakı: Günəş, 2000.
  • Romana bənzər həyat. Bakı: Azərbaycan, 2001.
  • Ömür karvanı. Bakı: Ulu, 2005.
  • Generalın uşaqlığı. Bakı: Kritika, 2024.

Filmoqrafiya

redaktə
  • Lovğa fil balası (film, 1987)

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Səmədli Əli Qafur oğlu". Göyçay ensiklopediyası. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-10.
  2. ↑ Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı: Nurlar. 2011. 274.
  3. ↑ "Əli Səmədov (Əli Qafur)". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Səmədov&oldid=8057444"
LOVE.AZ