. Love.az

Elibala Meherremzade - Wikipedia - Love.az

Ana Səhifə - Elibala Meherremzade

Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; 9 avqust 1976, Quba) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yeni rəhbəri[1], Milli Məclisin VII çağırış deputatı.[2].

Əlibala Məhərrəmzadə
Şəxsi məlumatlar
Doğum tarixi 9 avqust 1976(1976-08-09) (48 yaş)
Doğum yeri
  • Quba, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru
Təltifləri 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna)

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mükafatları
  • 4 Əsərləri
  • 5 İstinadlar

Həyatı

redaktə

Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir.

1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur.

2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur[3][4].

Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür[5].

Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur[6].

2024-cü il oktyabrın 8-də Azərbaycan - Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[7]

Ailəsi

redaktə

Ailəlidir, dörd övladı var.

Mükafatları

redaktə
  •   "Müqəddəs Georgi" ordeni;
  •   "Rəsul Rza" mükafatı[8].

Əsərləri

redaktə
  • "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)[5][9]. Bakı: "Adiloğlu", 2011;
  • "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası"[10]. Bakı: "Araz", 2011;
  • "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi";
  • "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovun birgə yazdımışdır[11]). Bakı: "Adiloğlu", 2010;
  • "Mələyin təbəssümü";
  • "Bakı üçbucağı" (rus dilində dərc edilən bu detektiv əsər Rusiya və Ukraynada kifayət qədər oxucu auditoriyası toplamışdır);
  • "Çovdar çörəyi" (roman)[12][13];
  • "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri).

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ MƏHƏRRƏMZADƏ Əlibala Səttar oğlu
  2. ↑ "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  3. ↑ 20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
  4. ↑ 20 NƏRIMANOV IKINCI SEÇKI DAIRƏSİ Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
  5. ↑ 1 2 26 fevral 2018-ci il tarixdə Quba "Şahdağ" hotelində Əlibala Məhərrəmzadənin "Xocalı Soyqırımı" kitabının təqdimatı olmuşdur. Arxivləşdirilib 2018-11-10 at the Wayback Machine quba-ih.gov.az, 26.02.2018 (az.)
  6. ↑ AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ 9 aprel 2012-ci il tarixli, 230/3 nömrəli QƏRARI Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine. audit.gov.az (az.)
  7. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  8. ↑ Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olunub [ölü keçid]. milletinsesi.info, 12.11.2018 (az.)
  9. ↑ Xocalı soyqırımı Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine. ebooks.az (az.)
  10. ↑ Ukraynada "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı keçirilib (FOTO). trend.az, 24.12.2010 (az.)
  11. ↑ S. Əsgərli. Yazıçılar Birliyində. "Ədəbiyyat qəzeti", 26 noyabr 2010, səh. 4. anl.az (az.)
  12. ↑ Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olundu Arxivləşdirilib 2018-11-14 at the Wayback Machine. moderator.az, 12.11.2018 (az.)
  13. ↑ "Çovdar çörəyi" — yazıçı Əlibala Məhərrəmzadənin yeni romanı belə adlanır Arxivləşdirilib 2019-01-31 at the Wayback Machine. azertag.az, 10.11.2018 (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlibala_Məhərrəmzadə&oldid=8123861"
LOVE.AZ