Ərcivan–Sarvan[1][2] (gürc. არჯევან-სარვანი; digər adları: Ərcivan Sarvanı[3][4], Dağ Sarvan[3][4]) — Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində, eyniadlı sakrebuloda kənd.[5] Sakrebulonun inzibati mərkəzidir. Bələdiyyənin inzibati mərkəzi Barmaqsız şəhərindən 15 km şimal–şərqdə, Ərcivan silsiləsinin cənubunda yerləşir.[2]
Ərcivan-Sarvan | |
---|---|
![]() | |
41°41′42″ şm. e. 44°09′32″ ş. u.HGYO | |
Ölkə | |
![]() |
Budaq Budaqov və Qiyasəddin Qeybullayevin məlumatlarına əsasən Ərcivan–Sarvan kəndi (hazırda rəsmi olaraq Marneuli şəhəri adlanan keçmiş) Sarvan kəndinin yaylaq kimi istifadə etdiyi ərazidə kənd əhalisindən bir hissənin daimi məskunlaşması ilə yaranıb[1][2] və bundan dolayı kəndə həm də "Dağ Sarvan" deyilir.[1] 2010–cu ildə Tbilisidə nəşr edilmiş "Gürcüstanda İslam abidələri" kitabına əsasən kəndin salınması təqribən üç əsr əvvələ təsadüf edir.[6] Pavel Andreyeviç Karajetsov (rus. Павел Андреевич Каражецов) 2000–ci ildə Tbilisidə nəşr edilmiş "Gürcüstanda pravoslav məbədləri" adlı kitabında istinad etdiyi mənbəni göstərmədən bildirir ki, Ərcivan–Sarvan kəndi azərbaycanlı köçkünlər tərəfindən "Lurcis Saqradi" adlı qədim gürcü kəndinin xarabalıqları üzərində salınıb.[7] İason Lortkipanidzenin (gürc. იასონ ლორთქიფანიძე) araşdırmasına əsasən "Lurci–Sağdari" (gürc. ლურჯი-საყდარი) yaşayış məntəqəsi adına gürcüdilli tarixi mənbələrdən yalnız Şahzadə Vaxuştinin "Kartvel krallığının təsviri, onun adət və qanunları" (gürc. აღწერა სამეფოსა საქართველოსა, ზნენი და ჩვეულებანი საქართველოსანი) adlı əsərində, daha dəqiq deyilərsə əsərdə göstərilmiş kəndlər siyahısında və əsərə əlavə edilmiş xəritədə rast gəlmək mümkündür.[8] Vaxuştinin 682 kəndin adını göstərən siyahısında 504[9]–cü kənd olaraq verilən Lurci–Sağdari kəndi yenə həmin siyahıya görə Trialet bölgəsində yerləşən 85 kənddən biri olmuşdur.[10][11] Kartli hakimi Hüseynqulu xan (VI Vaxtanq) tərəfindən verilmiş əmrə uyğun Şahzadə Vaxuşti divanbəyi Qivi Tumanişvili ilə birlikdə 1721–ci ildə "Ön ordu rayonu"nda[12] "əhalinin və mülklərin"[13] siyahıyaalınması həyata keçirdilər. Siyahıyaalınmanın tam əhatə etdiyi bölgələrdən biri də Trialeti idi.[14] Lurci–Sağdari kəndinin adı həmin siyahıyaalınma sənədlərində göstərilməmişdir.[8][14] Vaxuştinin xəritəsində hətta 1721–ci il siyahıyaalınmasında adları verilmiş və həmin tarixdə kifayət qədər böyük olan bəzi kəndlərin adlarının qeyd edilmədiyini vurğulayan İason Lortkipanidze buna baxmayaraq yaşayış məntəqələrinin coğrafi yerləşməsini müəyyən edərkən əsas mənbə kimi Vaxuştinin xəritəsini qəbul etmiş, xəritədəki qüsurları və çatışmazlıqları aradan qaldırmaq üçün isə 1721–ci il siyahıyaalınmasından və Vaxuştinin kəndlər siyahısından istifadə etmişdir.[15] İason Lortkipanidze hazırladığı yaşayış məntəqələri siyahısında məntəqələr haqqında əlavə məlumatlar verə bilmək üçün həmçinin 1170–ci ildən 1810–cu ilə qədər dövrü əhatə edən və gürcü dilində olan kilsə və mülki fərmanları (სიგელი/siqeli və გუჯარი/qucari), dəsturüləməl və siyahıyaalınma məlumatlarını, eləcə də 1799–1802–ci illərə aid rusca vergi sənədlərindən də istifadə etmişdir.[16] 1723–1728–ci illərdə tərtib edilmiş 4 may 1728–ci il tarixli "Dəftər–i müfəssəl–i əyalət–i Tiflis"–ə görə Tiflis əyaləti Tiflis, Somxit, Ağcaqala, Qazax, Qori, Muxrani, Trialeti və Qayqulu livalarına[17]; Trialeti livası isə öz növbəsində Trialeti qəzasına, Qomareti nahiyəsinə və Qucareti nahiyəsinə bölünürdü[18]. Trialeti qəzası 79, Qomareti nahiyəsi 16, Qucareti nahiyəsi isə 10 kənddən ibarət idi; və livanı təşkil edən cəmi sayı 105 olan kəndlərin adları içində "Lurcis Saqradi" və ya "Lurci–Sağdari" adı qeyd edilməmişdir.[18]
Kəndin adı Rusiya imperiyası dövrünə aid rusdilli mənbələrdən 1869-cu ildə tərtib edilmiş "Qafqazın 5 verstlik xəritəsi"ndə "Arcevan (Aşağı Sarvan) (rus. Арджевань (Ниж. Сарвань))"[19][20], eyni ilə aid kameral təsvirdə "Sarvan–Ardevan (rus. Сарвань–Ардевань)"[19], 1886–cı ilə aid kameral təsvirdə və 1897–ci il siyahıyaalınması sənədlərində isə "Arcevan–Sarvan (Dağ Sarvan) (rus. Арджевань–Сарвань (Дагь–Сарвань))"[21][22] şəklində verilib. Kənddə ilk məktəb 1924–cü ildə yaradılıb.[2] Kənddə bir məscid və bir onikiillik məktəb fəaliyyət göstərir, məktəbdə 108[23] şagird təhsil alır və onların təlim–tərbiyəsi ilə 14[23] müəllim məşğul olur.[2] "İmam Hüseyn" adını daşıyan məscid 1999–2000–ci illərdə inşa edilib.[6] Rəsmi məlumata əsasən kəndin inzibati ərazisində XI əsrə aid pravoslav kilsəsi yerləşir.[24] Ekvtime Takaişviliyə?! görə bu tikilini I Georgi[ing.] və ya II Georgi[ing.] inşa etdirib.[25]
İl | 1869 | 1885 | 1886 | 1897 | 1905[26] | 1908 | 1914 | 1926 | 2002 |
---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 51 ailə[K 1] | 89 ailə[28] | 826[22] | 625[21] | 1 045[29] | 486[30] | 830[31] | 760[2] | 794[5] |
<ref>
teqi; 02c217
adlı istinad üçün mətn göstərilməyib