. Love.az

Sakrebulo - Wikipedia - Love.az

Ana Səhifə - Sakrebulo
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Sakrebulo (gürc. საკრებულო) — Gürcüstan Respublikasında kənd, icma (bir neçə kənd), qəsəbə, şəhər (bələdiyyə tabeli), bələdiyyə və bələdiyyələrin tərkibinə daxil olmayan (mxare tabeli şəhərlər və "mxare statuslu" Tbilisi şəhəri) şəhərlərdə yerli özünüidarəetmənin nümayəndəlik orqanıdır.

Tbilisi şəhər sakrebulosunun binası

Kənd, icma (bir neçə kənd), qəsəbə və şəhər (bələdiyyə tabeli) sakrebulosu birbaşa, ümumi və bərabər hüquqlu gizli səsvermə yolu ilə majoritar qaydada seçilir. Bələdiyyələrə daxil olmayan mxare tabeli şəhərlərdə isə sakrebulo birbaşa, ümumi və bərabər hüquqlu gizli səsvermə yolu ilə proporsional qaydada seçilir. Sakrebulonun tərkibinə sakrebulo sədri, sakrebulo katibi və sakrebulonun müxtəlif komissiyalarının sədrləri daxildir.

Həmçinin bax

redaktə
  • Tbilisi Şəhər Şurası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sakrebulo&oldid=7420562"
LOVE.AZ