. Love.az

Es Siretun Nebeviyye - Wikipedia - Love.az

Ana Səhifə - Es Siretun Nebeviyye

Əs-sirətun-nəbəviyyə[1] (ərəb. السيرة النبوية‎; azərb. İslam peyğəmbəri həzrət Məhəmmədin həyatı‎) — Məhəmməd ibn İshaqın Məhəmməd peyğəmbərin həyatı haqqındakı əsəri.[2]

Əs-sirətun-nəbəviyyə
Müəllif İbn İshaq
Orijinalın dili ərəb dili

Mündəricat

  • 1 Əsərin məzmunu
  • 2 Müəllifi
  • 3 İbn Hişam
  • 4 Məhəmməd ibn İshaq
  • 5 Tərcüməsi
  • 6 Digər əsərləri
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər
  • 9 Həmçinin bax

Əsərin məzmunu

redaktə

Bu kitab Məhəmməd peyğəmbərinin həyatı haqqında yazılmış ilk əsərdir.[3] Başqa sözlə, Məhəmməd peyğəmbərin həyatı haqqında qələmə alınan və bizə gəlib çatan əsərlərin ən qədimi hesab olunur. Məhəmməd ibn İshaqın qələmə aldığı bu əsər, əsrlərdir ki, tarixçilərin istinad mənbəyi olmuş və olmaqdadır.[4] Əsər iki cilddən ibarətdir. Əsər "həzrət Məhəmmədin Əbul-bəşər Adəm peyğəmbərə qədər olan söykökü" ilə başlayır və "İslam peyğəmbərinin kəfənlənməsi və dəfni" adlı başlıqla bitir.[5]

Müəllifi

redaktə

İbn Hişamın sirəsi adı ilə tanınan bu kitab, mədinəli Məhəmməd ibn İshaqın qələmə aldığı tarix kitabıdır ki, sonralar Əbdülməlik ibn Hişam onun üzərində işləmiş, müəyyən ixtisarlar və əlavələr etmişdir. İbn Hişamın özü də kitabın müqəddiməsində qeyd edir ki, o, sadəcə Məhəmməd peyğəmbər və onun əcdadları ilə əlaqəsi olmayan bir sıra mətləbləri ixtisar etmiş, qalan hissələri isə olduğu kimi saxlamışdır. Həmçinin, bir çox məqamlarda İbn İshaqın rəvayət etdiyi mətləblərdən sonra özü də şərhlər qeyd etmiş, müəyyən bir fikri isbat və ya rədd etməyə çalışmışdır.[6]

İbn Hişam

redaktə
Əsas məqalə: İbn Hişam

Əbu Məhəmməd Əbdülməlik ibn Hişam Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır. Tarixçilər onun doğum tarixini qeyd etməmişlər. Vəfat tarixinə gəlincə, bu barədə fikirayrılığı mövcud olsa da söylənilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, Əbu Məhəmməd Əbdülməlik ibn Hişam hicri-qəməri 213–218-ci illər arasında vəfat etmişdir. İbn Hişam uzun illər Bəsrədə yaşayıb bu şəhərin alimlərindən dərs aldıqdan sonra Misirə səfər etmişdir. Orada Şafei və başqaları ilə görüşmüş, onlardan da çox sayda hədis və şeirlər öyrənmişdir.[7]

Məhəmməd ibn İshaq

redaktə
Əsas məqalə: İbn İshaq

Əbu Abdullah Məhəmməd ibn İshaq hicri 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış, hicri 150-ci və ya 153-cü ildə Bağdad şəhərində dünyadan köçmüş və "Xızran" məzarlığında dəfn edilmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə, bu kitabın yazılmasına səbəb olmuşdur.[8][9]

Tərcüməsi

redaktə

Bu əsər 2012-ci ildə Şahin Yəhyayev[10] tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Tərcümə edilmiş əsərin redaktoru Mətanət Hüseynovadır. Kitabın nəşrinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 01 sentyabr 2010-cu il Dk-564/H saylı məktubu ilə icazə verilmişdir.[11]

Digər əsərləri

redaktə

İbn Hişamın başqa əsərləri də vardır ki, onlardan bəziləri, o cümlədən, "Ticanul-muluk" və "Mərifətu mulukuz-zəman" adlı əsərləri Misirdə nəşr edilmişdir.[12]

İstinadlar

redaktə
  1. ↑ Es-Siretun-Nebeviyye. (Siret-i İbn Hişam) cilt 3. Siyer Yayınları, 2023.
  2. ↑ İslam tarihi. Siret-İ İbn-İ Hişam tercemesi. Terceme eden: Hasan Ege. Cilt 1. İstanbul 2006.
  3. ↑ "Arxivlənmiş surət". 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-23.
  4. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC. 2012.612 s. s.3.(ISBN 978-9952-460-38-4)
  5. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s. s.303. (ISBN 978-9952-460-38-4)
  6. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s. s.3. (ISBN 978-9952-460-38-4)
  7. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s. s. 5. (ISBN 978-9952-460-38-4)
  8. ↑ https://www.academia.edu/120258123/DINL%C6%8FR_TARIXI
  9. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s. s. 4. (ISBN 978-9952-460-38-4)
  10. ↑ "Arxivlənmiş surət". 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-23.
  11. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s (ISBN 978-9952-460-38-4)
  12. ↑ İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC. 2012.612 s. s.5. (ISBN 978-9952-460-38-4)

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əs-sirətun-nəbəviyyə&oldid=8061300"
LOVE.AZ