Əbu Məhəmməd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ابن أيوب الحميري) əl–Məafiri əl-Bəsri əl-Misri və ya İbn Hişam (ərəb. ابن هشام) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله) əsərinin şərhçisi olaraq tanınır.
İbn Hişam | |
---|---|
ərəb. ابن هشام | |
Doğum tarixi | VIII əsr[1] |
Doğum yeri | |
Vəfat tarixi | 828[2] və ya 8 may 834(0834-05-08)[1] |
Vəfat yeri | |
Elm sahələri | tarix, Siyər |
Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur.[3] İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185)[4] görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il)[5] görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə[q 1] vəfat etmişdir.[3]