"Əsgər atası" (gürc. ჯარისკაცის მამა) — rejissor Rezo Çxeidzenin filmi.
Əsgər atası | |
---|---|
gürc. ჯარისკაცის მამა | |
![]() | |
Janr |
dram müharibə |
Rejissor | Rezo Çxeidze |
Ssenari müəllifi | Suliko Jqenti |
Baş rollarda |
Serqo Zakariadze Vladimir Privalsev |
Operatorlar |
Lev Suxov Arçil Filipaşvili |
Bəstəkar | Sulxan Sinsadze |
İstehsalçı | "Gürcüstanfilm" kinostudiyası |
İlk baxış tarixi | 1965, Bakı, Azərbaycan SSR[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 92 dəq. |
Ölkə |
![]() |
Dillər | rus dili, gürcü dili |
İl | 1964 |
Rəng | ağ-qara |
IMDb | ID0169828 |
1942-ci ilin yayı. Qoca gürcü kəndli Georgi Maxaraşvili (Serqo Zakariadze) öyrənir ki, tankçı oğlu müharibədə yaralanıb və hospitala düşüb. Bütün müharibə boyu gününü yaralı oğlunu tapmaq ümidi ilə keçirir. Bu fikirlə yola çıxan atanın başına yolda çox hadisələr gəlir. İş elə gətirir ki, oğul sağalır və yenidən cəbhəyə yola düşür. Bir müddət sonra Georgi özü də əsgər olur və döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxır. Yalnız müharibənin sonlarında Georgi oğlu ilə qeyri-adi vəziyyətdə görüşə bilir. Oğul yaralı halda atasının qolları üstə həlak olur.