. Love.az

Esgerler Unudulanda Olurler Film 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Esgerler Unudulanda Olurler Film 2018

Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film[1].

Əsgərlər unudulanda ölürlər
Janr sənədli film
Rejissor Rövşən Almuradlı
Prodüser Arif Əliyev
Əsərin müəllifi Arif Əliyev
Ssenari müəllifi Arif Əliyev
Operator Rafiq Əliyev
Bəstəkar Vaqif Gərayzadə
İstehsalçı Aranfilm
İlk baxış tarixi 20 noyabr 2018
Filmin növü tammetrajlı sənədli film
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2018
Bölüm sayı 1 hissə
Çəkiliş yeri Azərbaycan Azərbaycan

Mündəricat

  • 1 Texniki məsələlər
  • 2 Məzmunu
  • 3 Musiqi
  • 4 Filmin heyəti
    • 4.1 Film üzərində işləyənlər
  • 5 Təqdimatı
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Texniki məsələlər

redaktə

Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış[2] bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur[3].

Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır[1].

Filmin çəkilişləri dörd ay davam etmişdir[1]. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır[1].

Məzmunu

redaktə

Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir[1]. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir[3].

Musiqi

redaktə

Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur[3].

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi: Arif Əliyev[1]
Rejissor: Rövşən Almuradlı[1][2]
Baş operator: Rafiq Əliyev[1]
Bəstəkar: Vaqif Gərayzadə[1]
Montaj və qrafika: Pərviz Səlimov
İcraçı direktor: Nicat Məmmədov[1]
Prodüser: Arif Əliyev

Təqdimatı

redaktə

20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir[3].

Təqdimatla bağlı ən üzücü hadisə 2019-cu ilin 2 aprel tarixində olmuşdur. Belə ki, həmin gün səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir[4].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Əsgərlər unudulanda ölürlər Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 11.10.2018  (az.)
  2. ↑ 1 2 "Əsgərlər unudulanda ölürlər" — "Yalama" ekranlaşdırılır Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine. aznews.az, 20.08.2018  (az.)
  3. ↑ 1 2 3 4 “Əsgərlər unudulanda ölürlər” sənədli filminin təqdimatı Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine. turan.az, 19.11.2018  (az.)
  4. ↑ Azərbaycanın tanınmış rejissoru dayanacaqda vəfat edib- FOTO Arxivləşdirilib 2021-06-17 at the Wayback Machine. xeberle.com, 02.04.2019  (az.)

Xarici keçidlər

redaktə
  • "ayna.az" "YouTube" kanalının "Əsgərlər unudulanda ölürlər" adlı verilişinin videosu  (az.)
  • Filmin Sumqayıtda təqdimatı  (az.)
  • "Bakı Press Klub" "YouTube" kanalında "Əsgərlər unudulanda ölürlər" filmi  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əsgərlər_unudulanda_ölürlər&oldid=7481509"
LOVE.AZ