. Love.az

Evzailik - Wikipedia - Love.az

Ana Səhifə - Evzailik

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Əvzai məzhəbi (ərəb. ‎المذهب الأوزاعي) və ya Əvzailik — VIII əsrdə əsası qoyulmuş və XI əsrdə fəaliyyətini dayandırmış islamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri.

Əvzai məzhəbi öz mənşəyini köhnə İraq İslam hüququ məktəbindən alır. Məzhəbin banisi-eponimi Bəəlbəkdən (müasir Livan) olan məşhur müsəlman ilahiyyatçısı Abdurrahman əl-Əvzaidir (704–774). Suriyada (Şam) meydana çıxan Əvzai məzhəbi qərbdə (Şimali Afrika) çiçəklənir[1] və Müsəlman İspaniyasına qədər yayılır, oradan da Maliki məzhəbi tərəfindən sıxışdırılır[2]. X əsrə qədər Əvzai məzhəbi Suriyada hökmranlıq edir və XI əsrdə, Şafii məzhəbi tərəfindən sıxışdırılıncaya qədər orada mövcud olmağa davam edir[3] və onun ardıcılları dörd sünni məzhəbinə (Maliki, Hənəfi, Hənbəli və Şafii[4]) qoşulurlar.

Bir neçə səbəb Əvzai məzhəbinin tənəzzülünə və sonradan yox olmasına səbəb olmuşdur. Əvzai Dəməşq xilafətinin hakim dairələrinə yaxın idi. Bu səbəbdən Əməviləri devirərək Bağdadda hökmranlıq edən Abbasilər onu rədd etdilər. Abbasilər dövründə başlayan şəriət qanunlarının sistemləşdirilməsinə dair geniş proqram Hənəfi məzhəbinə əsaslanırdı ki, bu da hökumət dairələrində Əvzai məktəbinin nüfuzunun azalmasına səbəb olur. Bundan əlavə, Əvzainin əsərləri ilə şəxsi kitabxanası Beyrutda yanğın zamanı məhv olur[5].

İstinadlar

redaktə
  1. ↑ John L. Esposito. . Oxford University Press. 2004. səh. 30. ISBN 9780199757268 https://books.google.kz/books?id=E324pQEEQQcC&pg=PA30 (#bare_url_missing_title). The Oxford Dictionary of Islam
  2. ↑ Петрушевский, И. П. . Издательство Ленинградского университета. 1966. səh. 141 https://books.google.kz/books?hl=ru&id=820_AAAAIAAJ (#bare_url_missing_title). Ислам в Иране в VII—XV веках: курс лекций
  3. ↑ Roy Mottahedeh. . I.B.Tauris. 2001. səh. 22. ISBN 9781860641817 https://books.google.kz/books?id=MVKmnrAydA8C&pg=PA22 (#bare_url_missing_title). Loyalty and Leadership in An Early Islamic Society
  4. ↑ Самигуллин, В. К. . Уфа: Академия ВЭГУ. 2016. səh. 57. ISBN 9785878656368 https://books.google.kz/books?id=-i45DwAAQBAJ&pg=PA57 (#bare_url_missing_title). Восток: мозаика правовых традиций
  5. ↑ David Grafton. . I.B.Tauris. 2003. səh. 45. ISBN 9781860649448 https://books.google.kz/books?id=x1DTAdRqw2IC&pg=PA45 (#bare_url_missing_title). The Christians of Lebanon: Political Rights in Islamic Law
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əvzailik&oldid=8093642"
LOVE.AZ