. Love.az

1828 Ci Il - Wikipedia - Love.az

Ana Səhifə - 1828 Ci Il
1828 digər təqvimlərdə
Qriqori təqvimi 1828
MDCCCXXVIII
Yuli təqvimi 1828
Yuli təqvimi
bizans erasında
7336-7337 (1 sentyabr)
Romanın yarandığı gündən 2580-2581 (21 aprel)
Avropa təqvimi
5588-5589

ה'תקפ"ח  - ה'תקפ"ט

Hicri təqvim 1243-1244
Erməni təqvimi 4320-4321 (11 avqust)

ՌՊԻԸ

Çin təqvimi 4524-4525
丁亥 - 戊子
qırmızı donuz  - sarı siçovul
Efiopiya təqvimi 1820 - 1821
Hind təqvimi
⁃ Vikram-samvat 1884-1885
- Şaka sambat 1750—1751
⁃ Kali-yuqa 4929-4930
İran təqvimi 1206-1207
Buddist təqvimi 2371
Holosen təqvimi 11828
Yapon xronologiyası 11 Bunsey erası
Fransız inqilabı təqvimi 36—37


Mündəricat

  • 1 Hadisələr
  • 2 Doğumlar
  • 3 Vəfatlar
  • 4 İstinadlar

Hadisələr

redaktə
  • 26 aprel - Rusiya imperiyası tərəfindən Türkiyəyə 1 illik müharibə elan edilməsi.
  • 22 iyun - Ruslar tərəfindən Qars qalasının ələ keçirilməsi.
  • 5 iyul - Fransisko Morasanın ordusu tərəfindən Qualço yaxınlığında Qvatemalanın federal ordusunun darmadağın edilməsi.
  • 24 iyul - Anapanın birdəfəlik olaraq Rusiyaya birləşdirilməsi.
  • 27 avqust - Kolumbiyada Təsis yığıncağının buraxılmasından sonra Simon Bolivarın şəxsi diktaturasının qurulmasını təmin edən konstitusiya qanununun qəbul edilməsi.
  • 23 oktyabr - Fransisko Morasanın ordusunun Salvadorun paytaxtı San-Salvador şəhərinə daxil olması.
  • 10 dekabr - I Nikolayın əmri ilə Sankt-Peterburqda Texnologiya İnstitutunun əsasının qoyulması.
  • 28 yanvar - Çar Rusiyasının qoşunları tərəfindən İranla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edilməsi.
  • 6 fevral - Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə və rus qoşunlarının baş komandanı Paskeviç arasında danışıqların başlanması.
  • 8 fevral - Rus qoşunları tərəfindən Ərdəbilin işğal edilməsi.
  • 10 fevral – Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanması, Azərbaycan torpaqlarının Rusiya ilə İran arasında bölüşdürülməsinin başa çatdırılması.
  • 20 mart - Çar I Nikolay tərəfindən Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verilməsi.
  • Aprel - Rusiyanın Osmanlı dövlətinə müharibə elan etməsi.
  • Zəylik kəndi yaxınlığındakı zəy yataqlarının iltizama (1828-1850) verilməsi.
  • Şeyx Səfi kitabxanasının nadir əlyazmalarının ruslar tərəfindən qarət edilərək Sankt-Peterburqa aparılması.

Doğumlar

redaktə
  • Mirzə Kərim bəy Nəsirbəyov - Şair.
  • Mir İbrahim xan Talışxanov - Rusiya ordusunda general.
  • Balakişi bəy Ərəblinski - Rusiya ordusunun generalı.
  • Corc Meredit - Tanınmış ingilis yazıçısı.

Vəfatlar

redaktə
  • 19 dekabr — Katolikos II Sargis
  • Fransisko Qoya - İspan rəssam.
  • Əbdürrəzaq Dünbili - Azərbaycan tarixçisi.
  • Seyid Həsən Paşa

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=1828&oldid=6357680"
LOVE.AZ