21 Savage (22 oktyabr 1992[1][2]) — ABŞ–Britaniya repçisi. Atlanta şəhərində böyüyən musiqiçi 2013-cü ildə ifaçılıq fəaliyyətinə başlayaraq, bölgə səviyyəsində rəğbətlə qarşılanan üç müstəqil miksteypini dinləyicilərin ixtiyarına verib. Onun yaradıcılığında əsl yüksəliş mərhələsi prodüser Metro Boomin ilə birgə ərsəyə gətirdiyi "Savage Mode" adlı minialbom layihəsi sayəsində baş tutub. Bu albom Billboard 200 çartında 23-cü pilləyədək yüksəlib. Layihənin "X" (Future-ın iştirakı ilə) və "No Hart" adlı aparıcı sinqlları Billboard Hot 100 çartında ilk qırxlıqda yer alıb. Eyni ildə ifaçı Dreykin "Sneakin" sinqlında qonaq müğənni qismində iştirakı onun şöhrətini daha da artırıb.[4][5][6] O, 2017-ci ilin yanvarında "Epic Records" şirkəti ilə müqavilə imzalayıb.[7]
21 Savage | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı |
Shéyaa Bin Abraham-Joseph[3] Sha Yaa Bin Abraham-Joseph |
Ləqəbi | 21 Savage |
Doğum tarixi | 22 oktyabr 1992(1992-10-22)[1][2] (32 yaş) |
Uşağı | 3 |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d], musiqi prodüseri, musiqiçi, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
Janrlar | trep |
Albom şirkətləri | Epic Records |
21savage.com shop.21savage.com |
|
![]() |
21-in ilk studiya albomu "Issa Album" (2017) Billboard 200 çartında ikinci pilləyə çatmış, albomun aparıcı sinqlı "Bank Account" isə Billboard Hot 100-də on ikinci sırada qərarlaşmışdır.[8] Eyni ildə Metro Boomin və Corciyalı rep ifaçısı Offset ilə birgə "Without Warning" adlı albomunu dinləyicilərin ixtiyarına buraxmış, Post Malone-un "Rockstar" sinqlında iştirak etmişdir. Bu kompozisiya Billboard Hot 100 çartında birinci olmuş, 61-ci "Qremmi" mükafatlarında "İlin səsyazması" və "Ən Yaxşı Rep/Vokal İfası" nominasiyalarında təqdim olunmuşdur.[9][10] Repçinin "I Am > I Was" (2018) adlı ikinci albomu Billboard 200-də birinci yerə yüksələn ilk işi olmuşdur. Albomda J. Cole-un iştirakı ilə səsləndirilən "A Lot" mahnısı 62-ci "Qremmi" mükafatlarında "Ən yaxşı rep mahnısı" nominasiyasını qazanmışdır.[11][12][13] Növbəti il Metro Boomin ilə birgə ərsəyə gətirdikləri "Savage Mode II" (2020) albomu Billboard 200 çartında liderlikdə qərarlaşmış, "Runnin" və Dreykin iştirakı ilə səsləndirilən "Mr. Right Now" mahnıları ilk onluğa daxil olmuşdur.[14][15] 21 Dreykin "Jimmy Cooks" (2022) sinqlında iştirak etmiş, bu kompozisiya Hot 100 çartında birbaşa zirvəyə yüksələn ilk mahnısı olmuşdur.[16] Həmin il Dreyk ilə birgə "Her Loss" (2022) albomunu təqdim etmiş, bu albom Billboard 200 çartında birinci yerə yüksələn üçüncü layihəsi kimi yadda qalmışdır.[17]
1992-ci il oktyabrın 22-də Londonda, Plestou rayonundakı Nyuhem Universitet Xəstəxanasında britaniyalı Hezer Karmiliya Cozef və Kevin Kornelus Emonsun ailəsində doğulub. Nəsil şəcərəsi Karib adalarına söykənən gənc musiqiçinin anası Dominika mənşəlidir, atası isə Sent-Vinsent və Qrenadində doğulmuş, baba tərəfdən Haiti köklərini daşıyır.[18][19] Rəqs xoreoqrafı olan əkiz bacıları Kira və Ceyda Devis kimi, atası da Londonda məskunlaşmışdır. Atası Hazırda Vestminster Şəhər Konsulluğunda çalışmaqdadır.[20]
21 erkən yaşlarında valideynlərinin ayrılmasından sonra anası ilə birlikdə Atlantaya köç etməli olub.[21][22][23] On iki yaşında dayısının dəfn mərasimində iştirak etmək üçün Birləşmiş Krallığa qayıdır.[24] Lakin bir ay orada qaldıqdan sonra H-4 vizası ilə yenidən Atlantaya dönür.[25] Məlumata görə, viza növbəti il qüvvədən düşüb.[26] Bir müddət sonra anası, özü kimi Britaniyadan köçmüş endokrinoloq Dr. Amsu Anpu ilə münasibət qurur və onların övladları dünyaya gəlir.[27] 21-in Quantivayus adlı qardaşı narkotik alveri zamanı baş vermiş atışmada həlak olur.[28]
O, Stone Mountain orta məktəbinin yeddinci sinfində oxuyarkən silah daşıdığına görə şərti cəza alıb. Səkkizinci sinifdə nəzarət qaydalarını pozduğu üçün DeKalb məktəb dairəsindən uzaqlaşdırılıb.[29][30][31] Bundan sonra Atlanta metropolitan ərazisindəki müxtəlif məktəblərdə təhsil almağa çalışmış, nəhayət islah müəssisəsinə göndərilmişdir.[32] İslahetmə müəssisəsindən buraxıldıqdan sonra xüsusi proqram vasitəsilə səkkizinci sinfi bitirib, orta məktəbin bir semestrini də oxumuşdur. Ancaq təhsil müəssisələrindən tez-tez uzaqlaşdırılması onu mənəvi cəhətdən sarsıtdığından doqquzuncu sinifdə məktəbi tərk etmişdir.[33] Təhsildən ayrıldıqdan sonra "Bloods" bandası ilə əlaqəli küçə dəstəsinə qoşulmuş, əsasən marixuana satışı ilə məşğul olan narkotacirə çevrilmişdir. Avtomobil oğurluğu və digər cinayətlərdə də əli olub. Yeganə həbsi avtomobilində qanunsuz maddələr tapıldığı zaman baş verib.[34] 2011-ci ildə, 19 yaşında ikən yaxın dostu Larri atışmada həyatını itirib. 2013-cü ildə, 21 yaşında olanda soyğunçuluq cəhdi zamanı düşmən qruplaşmanın üzvləri tərəfindən altı güllə yarası almış, ən yaxın dostu Conni isə həmin hadisədə öldürülmüşdür.[35]
21 Savage və anası qədim Qərbi Afrika inancı olan İfa dininə etiqad bəsləyirlər. Model Ember Rouz ilə 2017-ci ilin iyun ayında münasibətə başlayan repçi, bu əlaqəni növbəti ilin may ayınadək davam etdirmişdir. Eyni ilin oktyabr ayında o, Cirrus SR20 təkmühərrikli təyyarəsində uçuş dərsləri almağa başlayıb.
2018-ci ildə 21 Savage "Guns Down, Paintballs Up" (Silahı yerə qoy, peintbolu əlinə al) adlı təşəbbüsü irəli sürmüşdür. Bu hərəkatın məqsədi ölümcül silahlar əvəzinə peintbol tüfənglərindən istifadəni təşviq edərək silahlı zorakılığı azaltmaq idi. Detroit Polis Departamentinin rəhbəri Ceyms Kreyq bu təşəbbüsü "niyyəti xeyirxah, ancaq yanlış istiqamətlənmiş" kimi dəyərləndirmişdir. Belə ki, peintbol silahlarının iştirakı ilə bir sıra xoşagəlməz hadisələr – bədən xəsarətləri, kütləvi iğtişaşlar, polis avtomobillərinin zədələnməsi, zorakı qarşıdurmalar baş vermişdir. Bundan əlavə, peintbol silahlarının gerçək odlu silahlarla səhv salındığı hallar olmuşdur. Bu hərəkat mülkiyyətə qarşı cinayətlər və qətl hadisələri ilə əlaqələndirilmişdir. 21 Savage bu məsələ barədə açıqlama verməsə də, əlaqəli hadisədə həyatını itirən 3 yaşlı uşağın dəfn mərasiminin xərclərini öz üzərinə götürüb.
Studiya albomları
Kollaborativ albomlar
His parents both being raised in the UK with his mother's family being from the Caribbean Island of Dominica.
Yeah, my folks Haitian. Like, I'm Haitian. You know what I'm saying. My granddaddy Haitian.
<ref>
teqi; Targeted
adlı istinad üçün mətn göstərilməyib