. Love.az

5 Film 2014 2015 - Wikipedia - Love.az

Ana Səhifə - 5 Film 2014 2015
Bu adın digər istifadə formaları üçün bax: 5 (dəqiqləşdirmə).

5+ situasiyalı komediya serialı rejissor Xanlar Ağayev tərəfindən 2014–2015-ci illərdə çəkilmişdir. Serial Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Situasiyalı komediya serialında dörd uşaqlı bir ailədə baş verən komik hadisələrdən bəhs edilir. Serialda əsas rolları Rəcəb Quliyev, Nicat Ələsgərov, Toğrul Rza, Vüsalə Yüksel Tağıyeva,Səid Məmmədov,Leyli Məcidova,Fərid Məmmədov, Əliqulu Səmədov və Almaz Mustafayeva ifa edirlər.

5+
5+
Janr komediya
uşaq
Rejissor Xanlar Ağayev
Prodüser İlqar Fətiyev
Ssenari müəllifləri Cavid Osmanov
Vüsalə Yüksel Tağıyeva
Zəhra Rüstəm-Osmanova
Baş rollarda Rəcəb Quliyev
Nicat Ələsgərov
Toğrul Rza
Vüsalə Yüksel Tağıyeva
Leyli Məcidova
Əliqulu Səmədov
Almaz Mustafayeva
Səid Məmmədov
Fərid Məmmədov
Operator Nadir Mehdiyev
Rəssamlar İlham Bağırzadə
Xəzər Nəbiyev
İstehsalçı Azad Azərbaycan Televiziyası
İlk baxış tarixi 6 dekabr 2014
Filmin növü bədii serial
Müddət 20-25 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014-2015
Rəng rəngli
Çəkiliş yeri Bakı

Mündəricat

  • 1 Məzmun
  • 2 Film haqqında
  • 3 Filmin üzərində işləyənlər
  • 4 Rollarda
  • 5 Mənbə
  • 6 Həmçinin bax

Məzmun

redaktə

Situasiyalı komediya serialında dörd uşaqlı bir ailədə baş verən komik hadisələrdən bəhs edilir. Ata İsmayıl (Toğrul Rza), ana Seva (Vüsalə Yüksel Tağıyeva), nənə (Dilarə Fərəcullayeva), baba (Əliqulu Səmədov), böyük oğul Şükür (Rəcəb Quliyev), ortancılı Nihat (Nicat Ələsgərov), ondan kiçik olanı Mələk (Leyli Məcidova) və ən kiçiyi Adelya (Adelya Osmanova) serialın əsas obrazlarıdır. Şükür futbol həvəskarıdır, Nihat tez-tez aşiq olur, Mələyin öz aləmi var, Adelya isə hələ təzə-təzə yeriyir. Günlərin bir günü ana nəhayət işləmək qərarına gəlir və uşaqlara baxmağı ataya tapşırır. Beləliklə, ilk seriyada komik situasiyalar yaranmağa başlayır. Baba ilə nənə isə bütün başqa baba və nənələrdən çox fərqlidirlər. Hadisələr əsasən evdə cərəyan verir.

Film haqqında

redaktə
  • Serial Azərbaycan kinosu tarixində ilk uşaq serialıdır.

Filmin üzərində işləyənlər

redaktə
  • Ssenarist: Cavid Osmanov, Vüsalə Yüksel Tağıyeva, Zəhra Rüstəm-Osmanova
  • Rejissor: Xanlar Ağayev
  • Operator: Nadir Mehdiyev
  • Prodüser: İlqar Fətiyev
  • Rəssam: İlham Bağırzadə, Xəzər Nəbiyev
  • Səs operatorları: Ceyhun Aslanlı, Həsən Ağayev

Rollarda

redaktə
  • Rəcəb Quliyev — Şükür
  • Nicat Ələsgərov — Nihat
  • Toğrul Rza — İsmayıl
  • Vüsalə Yüksel Tağıyeva — Seva
  • Leyli Məcidova — Mələk
  • Əliqulu Səmədov — baba
  • Almaz Mustafayeva — Safura
  • Kamran Yunis — əsas məşqçi
  • Ramin Şıxəliyev — məşqçi
  • Dilarə Fərəcullayeva — nənə

Mənbə

redaktə
  1. Azad Azərbaycan Televiziyası

Həmçinin bax

redaktə
  • Azərbaycan filmlərinin siyahısı
  • 2014-cü ilin Azərbaycan filmləri
  • 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=5%2B&oldid=7627316"
LOVE.AZ