5pb. Inc. (株式会社5pb., Kabushiki gaisha 5pb.?, "The Five powered & basics." ifadəsinin qısaltması) — Yaponiya videooyun istehsalı şirkəti və videooyunlar və anime musiqiləri üçün səsyazma studiyası. 5pb. 6 aprel 2005-ci ildə Scitron-u tərk edən Çiyomaru Şikura tərəfindən qurulmuşdur.[1] 5ph. iki budaq şirkətdən ibarətdir: 5pb. Games videooyun istehsalçısı, 5pb. Records səsyazma studiyasıdır. Şirkət Şikura TYO Group-dan 15 aprel 2009-cu ildə lazımi hüquqları əldə edənə qədər tamamilə TYO Group-un filialı tərəfindən sahiblənmişdi.[2] Şikura həm 5ph. şirkətinin, həm də Dwango şirkətinin filialı olan AGOne şirkətinin sahibidir.[3] Şirkətdə yazıçı Naotaka Hayaşi, rəssam Yukihiro Matsuo və prodüser Tatsuya Matsuhara fəaliyyət göstərirlər.
5pb. yap. 株式会社 | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qayşa |
Sənaye |
Anime Musiqi Videooyun |
Təsis tarixi | 6 aprel 2005 |
Baş qərargahın yeri | |
5pb.jp |
2011-ci ilin aprelində Arkray, Seed Project, Dwango Creative School, Animelo Summer Life, 5pb. Records və 5pb. Games şirkətləri Çiyomaru Şikuranın başçılığı altında birləşərək Mages. Inc. şirkətini əmələ gətirmişdir.[4]
Videooyunların istehsalı ilə 5pb. Games məşğul olur. Bu şirkətin orijinal adı Five Games Kid və ya qısaca 5gk. idi, lakin 5pb. Records şirkətinin adı ilə uyğunlaşdırmaq üçün 2007-ci ilin dekabrında adı dəyişdirilmişdir.
Başlıq | Tərtibatçı(lar) | Platforma(lar) | Yayımlanma tarixi | Region(lar) |
---|---|---|---|---|
Chaos;Head | 5pb., Nitroplus | Windows PC | aprel 2008 | YP |
Steins;Gate | 5pb., Nitroplus | Windows PC | avqust 2010 | YP, ŞA |
Memories Off: Yubikiri no Kioku | 5pb. | Windows PC | iyun 2011 | TV |
Steins;Gate Hen'ikuukan no Octet | 5pb., M2, WamSoft | Windows PC | oktyabr 2011 | YP |
Infinite Stratos: Versus Colors | 5pb. | Windows PC | dekabr 2014 | YP |
Phantom Breaker: Battle Grounds | 5pb., Mages. | Windows PC | mart 2015 | YP, ŞA, AV |
Chaos;Child | 5pb. | Windows PC | aprel 2016 | YP |
Psycho-Pass: Mandatory Happiness | 5pb. | Windows PC | 28 may 2015 | YP, ŞA, AV |