. Love.az

Agababa Zuhuri - Wikipedia - Love.az

Ana Səhifə - Agababa Zuhuri

Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü.

Ağababa Zühuri
Doğum tarixi 1848
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1910
Vəfat yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair
Üzvlüyü
  • Beytüs-səfa
Vikimənbənin loqosu Ağababa Zühuri Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir.[1]

Firudin bəy Köçərli onun barədə bunları yazmışdır:

Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş. Təvəllüd edibdir hicrətin 1265-də səfər ayının 11-ci günündə[1]. Təlim alıbdır Şamaxı məktəbində. Türk lisanından masəva fars dilini və farsların ədəbiyyatını kamil bilirmiş. Sənəti müdərrislik olubdur. Təbi-şeriyyəsi səri isə də, çəndan mövzun deyildir. Mərhum Zühuri hicrətin 1310-cu ilində Şamaxıdan köçüb Badkubə şəhərinə və orada iki ilə qədər məktəbdarlıq edib, bədən vəfat etmişdir. Özündən sonra bir divani-qəzəliyyatı və qəsaidi qalmışdır və lakin o divan ələ düşmədi. 1892.[2]

Həmçinin bax

redaktə
  • Zakir Axtılı

İstinadlar

redaktə
  1. ↑ Qəniyev, 2010. səh. 71
  2. ↑ Köçərli, 2005. səh. 100

Mənbə

redaktə
  • Firudin Köçərli. Azərbaycan ədəbiyyatı. Bakı: Avrasiya. 2005.
  • S. Qəniyev. “Beyt üs-səfa” ədəbi məclisi. Bakı: Elm və Təhsil. 2010.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağababa_Zühuri&oldid=7250124"
LOVE.AZ