Ağasadıq Ağaəli oğlu Gəraybəyli (15 mart 1897, Şamaxı – 5 dekabr 1988, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).
Ağasadıq Gəraybəyli | |
---|---|
![]() | |
Digər adları |
Ağasadıq Gəraybəyov Ağa Sadıq Gəraybəyli |
Doğum tarixi | 15 mart 1897(1897-03-15) |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1988(1988-12-05) (91 yaşında) |
Vəfat yeri | |
Atası | Ağaəli Gəraybəyov |
Fəaliyyəti | aktyor |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID2172610 |
![]() |
Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı o dövrdə Şamaxı qəzası adlandırılan, indiki İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.[1]
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub.
1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.
1925-ci il
1926-cı il
1927-ci il
1928-ci il
1929-cu il
1930-cu il
1931-ci il
1932-ci il
Bu tamaşalarla yanaşı Ağasadıq Gəraybəyli, "İşarə", "Gəlir yeri", "Tom dayının koması", "Gizli ər", "Hücum", "Küləklər" və s. tamaşalarda da oynayıb.