. Love.az

Agdam Mugam Mektebi - Wikipedia - Love.az

Ana Səhifə - Agdam Mugam Mektebi

Ağdamın Xan Şuşinski adına Muğam məktəbi — 1985-ci ildən fəaliyyətə başlayıb. Yarandığı vaxtdan indiyə kimi məktəbə respublikanın Əməkdar Mədəniyyət İşçisi Rafiq Rüstəmli rəhbərlik edir. R.Rüstəmlinin 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir[1].

Ağdam muğam məktəbi
Əsası qoyulub 1985
Ölkə
  •  Azərbaycan

Muğam məktəbi yüzlərlə sənətkar yetişdirib. Onlardan əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri republikamızın tanınmış, adlı-sanlı sənətkarlarıdır.[2]

İşğal və bərpası

redaktə

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəridəki Q.Abbasov adına 284 saylı orta məktəbdə fəaliyyətini davam etdirir. 7 şöbə üzrə fəaliyyət göstərən məktəbdə təhsil alan 251 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur.[mənbə göstərilməlidir]

2018-ci ilin noyabrın 5-də[3] Ağdam rayonun Quzanlı qəsəbəsində Ağdam Muğam Mərkəzinin açılışı baş vermişdi.[4]

2025-ci ilin mayın 10-da Ağdam şəhərində Ağdam Muğam Mərkəzinin açılışı baş vermişdi.[5]

Həmçinin bax

redaktə
  • "Qarabağ bülbülləri" ansamblı

İstinadlar

redaktə
  1. ↑ ""Qarabağ bülbülləri"nin yaradıcısı kimdir". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-02.
  2. ↑ "Oxu, tar!..." 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-02.
  3. ↑ Ağdam Muğam Mərkəzi istifadəyə verilib
  4. ↑ Ağdamın Quzanlı qəsəbəsində Muğam Mərkəzinin təməli qoyulub
  5. ↑ İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağdam_muğam_məktəbi&oldid=8130239"
LOVE.AZ