Ağrı üsyanları (türk. Ağrı ayaklanmaları) — 1930-cu ildə Türkiyənin şərqində Ağrı vilayətində kürdlərin Türkiyə hökumətinə qarşı üsyanları. Üsyan zamanı partizan qüvvələrinin başçısı Cıbran qəbiləsindən Ehsan Nuri idi.
Ağrı üsyanları | |
---|---|
![]() | |
Tarix | 17 sentyabr 1930 |
Yeri | |
|
|
![]() |
1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır.[1] Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır.[2] Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında[3] Birləşmiş Krallığın dəstəyi ilə[4] İhsan Nuri tərəfindən[5] Ağrı Respublikası qurulmuşdur.[6] 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.[7] 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir.[8][9] Bu böhranı sona çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.[10]