. Love.az

Asiq Eli Imamquliyev - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Eli Imamquliyev
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Aşıq Əli.

Aşıq Əli (d. 1927, Göyçə, Zərzibil – ö. 1990, Naftalan) — Göyçəli ustad aşıq.

Aşıq Əli
İmamquluyev Əli Əşrəf oğlu (İman Əlisi)
Digər adı İman Əlisi
Doğum tarixi 1927
Doğum yeri Göyçə mahalı, Basarkeçər, Zərkənd
Vəfat tarixi 23 aprel 1990
Vəfat yeri Naftalan
Dəfn yeri Naftalan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aşıqlıq

Həyatı

redaktə

İmamquluyev Əli Əşrəf oğlu 1927-ci ildə Göyçə mahalının Zərzibil (indiki Zərkənd) kəndində dünyaya gəlib. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Növrəs İmanın bacısı oğludur. El arasında Aşıq Əlini İman Əlisi adlandırırdılar.

Kiçik yaşlarından saza-sözə maraq göstərən Aşıq Əli uzun illər Aşıq Talıb və Aşıq Nəcəfin yanında şəyirdlik etmiş, bu sənətin sirlərini dərindən mənimsəmiş və el arasında kamil bir aşıq kimi tanınmışdır. O da öz növbəsində bir çoxlarına ustad olmuş, saz sənətinin incəliklərini onlara öyrətmişdir. Təkcə onu demək kifayətdir ki, sazın füsunkar sədaları ilə bülbülü dilə gətirən Aşıq Ədalət Nəsibov Aşıq Əlinin şəyirdidir.

O sonralar 1942-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndinə gəlmiş, oradan da Naftalan şəhərinə getmiş, orada binə bərkitmişdir.

Aşıq Əli 1990-cı il aprelin 23-də Naftalan şəhərində vəfat etmişdir.

Həmçinin bax

redaktə
  • Aşıq Ələsgərin qardaşı nəvəsidir.
  • Növrəs İmanın bacısı oğludur.

Mənbə

redaktə
  • İslam Ələsgər, "Ələsgər ocağı" Bakı. Yazıçı-1991. səh.250–268,294
  • Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh.31.
  • Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 3–4, 2000-ci il. səh.136–138.
  • Tacir Səmimi, Qurban Göyçəli. "Zərkənd" Bakı, "AKE NPM"-2013.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Əli_İmamquliyev&oldid=7005280"
LOVE.AZ