ABŞ-nin birinci xanımı Ağ Evin sahibəsi hesab olunur. Vəzifəni ənənəvi olaraq ABŞ Prezidentinin həyat yoldaşı tutur, lakin müxtəlif vaxtlarda bu titulu subay olan, dul olan və ya həyat yoldaşı olmayan, yaxud da həyat yoldaşı bu vəzifəni yerinə yetirə bilmədiyi hallarda prezidentin həyat yoldaşı olmayan qadınlar da daşımışdır. Bu vəzifə seçilmiş bir vəzifə deyil, heç bir rəsmiyyət daşımır və buna görə maaş verilmir. Bununla yanaşı, o, prezidentlə birlikdə, yaxud onu təmsil edərək bir çox rəsmi mərasimlərə qatıla və dövlət işləri ilə maraqlana bilər. Ənənəvi olaraq, birinci xanım vəzifədə olduğu vaxt ərzində kənar işlərdə işləmir,[1] baxmayaraq ki, Eleonora Ruzvelt yazı yazaraq və mühazirə oxuyaraq pul qazanıb və bu pulun çoxunu xeyriyyə işlərinə sərf edib,[2] həmçinin Cill Bayden də bu müddət ərzində pedaqoq kimi işinə davam edib.[3] Birinci xanımın Ağ Evin sosial katibi,[ing.] aparat rəhbəri,[ing.] mətbuat katibi,[ing.] baş çiçək dizayneri,[ing.] və baş aşpazı[ing.] daxil olmaqla öz şəxsi heyəti var. Birinci xanımın ofisi[ing.] Ağ Evin bütün ictimai işləri və təntənəli tədbirlərindən məsuldur və ABŞ Prezidentinin İcra Aparatının bir qoludur.
ABŞ-nin birinci xanımı | |
---|---|
![]() Vəzifədədir Melanya Tramp 20 yanvar 2025-ci ildən | |
Müraciət forması | Madam birinci xanım |
Rəsmi iqamətgahı | Ağ Ev |
Vəzifənin təsis tarixi | 30 aprel 1789 (236 il əvvəl) (1789-04-30) |
Vəzifədə birinci | Marta Vaşinqton |
Rəsmi saytı | First Ladies |
![]() |
Əsas 46 birinci xanımdan əlavə, ümumi fəaliyyət göstərmiş 54 birinci xanım olub, ki, onların da 43-ü rəsmi və 11-i müvəqqəti fəaliyyət göstərib. Bu uyğunsuzluk ondan qaynaqlanır ki, bəzi prezidentlərin birdən artıq birinci xanımı olub. Donald Trampın 20 yanvar 2025-ci ildə prezident kimi ikinci dövr üçün vəzifəyə başlamasından sonra həyat yoldaşı Melanya Tramp ölkənin 44-cü rəsmi birinci xanımı statusuna sahib oldu.
Hazırda yaşayan 4 köhnə birinci xanım var: Hillari Klinton (həyat yoldaşı: Bill Klinton), Lora Buş (həyat yoldaşı: Corc Volker Buş), Mişel Obama (həyat yoldaşı: Barak Obama) və Cill Bayden (həyat yoldaşı: Co Bayden). Sonuncu vəfat edən birinci xanım Cimmi Karterin həyat yoldaşı Rozalin Karter olmuşdur. İlk birinci xanım Corc Vaşinqtonun həyat yoldaşı Marta Vaşinqton olmuşdur. Prezidentlər — Con Tayler və Vudro Vilsonun iki rəsmi birinci xanımı olmuşdur, hər iki prezident də birinci prezidentlik müddəti tamamlandıqdan sonra təkrar evlənmişdirlər. Dörd prezidentin həyat yoldaşı andiçmə mərasimindən əvvəl vəfat etmişdir, amma Ağ Ev və Milli Birinci Xanımlar Kitabxanası tərəfindən onlar da birinci xanım olaraq qəbul edilirlər: Marta Cefferson (həyat yoldaşı: Tomas Cefferson),[4][5] Reyçel Cekson (həyat yoldaşı: Endrü Cekson),[6][7] Hanna Van Büren (həyat yoldaşı: Martin Van Buren),[8][9] və Ellen Artur (həyat yoldaşı: Çester Artur).[10][11] Bir prezidentlə — Ceyms Byukenen ilə evli olmadığı halda, prezidentin himayəçilik etdiyi qardaşı qızı olan Harriet Leyn də birinci xanım olaraq qəbul edilir. Ağ Evdə sahibə kimi xidmət edən digər həyat yoldaşı olmayan qohumlar Birinci Xanımlar Kitabxanası tərəfindən tanınmır.
2007-ci ildə ABŞ Zərbxanası[ing.] Birinci Həyat Yoldaşı Proqramı[ing.] çərçivəsində üz tərəfində birinci xanımların simaları təsvir olunan 10 dollarlıq qızıl sikkələr dəstini buraxmağa başlamışdır.[12] Əgər prezident birinci xanımsız vəzifəsini icra edirdisə həmin dövrün dövriyyədə olan sikkələrində təsvir olunduğu kimi Azadlıq embleminin üz tərəfində təsviri və həmin prezidentin həyatının mövzularını əks etdirən əks təsviri olan qızıl sikkə buraxılırdı. Bu, Tomas Cefferson, Endrü Cekson, Martin Van Buren və Ceyms Byukenenin birinci xanımları üçün keçərlidir, ancaq Çester Arturun qadınların səsvermə hüququnu müdafiə edən sufrajist Alis Polu təsvir edən birinci xanımı üçün keçərli deyil.[13]
2025-ci ilin aprel ayı etibarilə yaşayan birinci xanımlar (ən yaşlısından ən cavanına görə qeyd olunub):
Bu siyahıya vəzifədə olan prezidentlə evli olub-olmadığına baxmayaraq, birinci xanım kimi vəzifə almış bütün şəxslərlə yanaşı, Ağ Evin rəsmi veb-saytı və Ağ Ev Tarix Assosiasiyası tərəfindən birinci xanım kimi qəbul edilən şəxslər daxil edilmişdir. Şəxslər ümumi adları ilə verilmişdir. Siyahı ardıcıl olaraq verilmişdir.
№ |
Portret | Ad | Vəzifə müddəti | Vəzifəyə başladığı yaş dövrü | Prezident (qeyd olunmadıqca həyat yoldaşıdır) |
---|---|---|---|---|---|
1 | Marta Vaşinqton 2 iyun 1731 – 22 may 1802 (70 yaşında) [15][16] |
30 aprel 1789 – 4 mart 1797 |
57 il, 321 gün | Corc Vaşinqton e. 6 yanvar 1759 | |
2 | Ebiqeyl Adams 22 noyabr 1744 – 28 oktyabr 1818 (73 yaşında) [17][18] |
4 mart 1797 – 4 mart 1801 |
52 il, 102 gün | Con Adams e. 25 oktyabr 1764 | |
3 | Marta Cefferson 27 sentyabr 1772 – 10 oktyabr 1836 (64 yaşında) [4][5] |
4 mart 1801 – 4 mart 1809 |
28 il, 158 gün | Tomas Cefferson Ata [qeyd 1] | |
4 | Dolli Medison 20 may 1768 – 12 iyul 1849 (81 yaşında) [19][20] |
4 mart 1809 – 4 mart 1817 |
40 il, 288 gün | Ceyms Medison e. 14 sentyabr 1794 | |
5 | Elizabet Monro 30 iyun 1768 – 23 sentyabr 1830 (62 yaşında) [21][22] |
4 mart 1817 – 4 mart 1825 |
48 il, 247 gün | Ceyms Monro e. 16 fevral 1786 | |
6 | Luiza Adams Doğulduğu ölkə: Böyük Britaniya krallığı (hazırda Böyük Britaniya) 12 fevral 1775 – 15 may 1852 (77 yaşında) [23][24] |
4 mart 1925 – 4 mart 1829 |
50 il, 20 gün | Con Kuinsi Adams e. 26 iyul 1797 | |
7 | Emili Donelson
1 iyun 1807 – 19 dekabr 1836 |
4 mart 1829 – 26 noyabr 1834 |
21 il, 276 gün | Endrü Cekson Həyat yoldaşının qardaşı qızı | |
Sara Cekson
16 iyul 1803 – 23 avqust 1887 |
26 noyabr 1834 – 4 mart 1837 |
31 il, 133 gün | Endrü Cekson Qayınata | ||
8 | Vakant | 4 mart 1837 – 27 noyabr 1838 |
Vakant | Martin Van Buren Dul | |
Sara Van Buren 13 fevral 1818 – 29 dekabr 1877 (59 yaşında) [8][9] |
27 noyabr 1838 – 4 mart 1841 |
20 il, 287 gün | Martin Van Buren Qayınata | ||
9 | Anna Harrison 25 iyul 1775 – 25 fevral 1864 (88 yaşında) [27][28] |
4 mart 1841 – 4 aprel 1841 |
65 il, 222 gün | Vilyam Henri Harrison e. 25 noyabr 1795 | |
Ceyn Harrison 23 iyul 1804 – 11 may 1847 (42 yaşında) [28] |
4 mart 1841 – 4 aprel 1841 |
36 il, 224 gün | Vilyam Henri Harrison Qayınata | ||
10 | Letişa Tayler 12 noyabr 1790 – 10 sentyabr 1842 (51 yaşında) [29][30] |
4 aprel 1841 – 10 sentyabr 1842 (vəzifə başında ikən öldü) |
50 il, 143 gün | Con Tayler e. 1813(1813-03-29)
| |
Prisila Tayler 14 iyun 1816 – 29 dekabr 1889 (73 yaşında) [31] |
10 sentyabr 1842 – 26 iyun 1844 |
26 il, 88 gün | Con Tayler Qayınata [qeyd 2] | ||
Culiya Tayler 4 may 1820 – 10 iyul 1889 (69 yaşında) [32][33] |
June 26, 1844 – March 4, 1845 |
24 il, 53 gün | Con Tayler e. 26 iyun, 1844 Prezidentliyi dövründə evlənib | ||
11 | Sara Polk 4 sentyabr 1803 – 14 avqust 1891 (87 yaşında) [34][35] |
4 mart 1845 – 4 mart 1849 |
41 il, 181 gün | Ceyms Noks Polk e. 1 yanvar 1824 | |
12 | Marqaret "Peqqi" Teylor 21 sentyabr 1788 – 14 avqust 1852 (63 yaşında) [36][37] |
4 mart 1849 – 9 iyul 1850 |
60 il, 164 gün | Zakari Teylor e. 21 iyun 1810 | |
13 | Ebiqeyl Fillmor 13 mart 1798 – 30 mart 1853 (55 yaşında) [38][39] |
9 iyul 1850 – 4 mart 1853 |
52 il, 118 gün | Millard Fillmor e. 5 fevral 1826 | |
14 | Ceyn Pirs 12 mart 1806 – 2 dekabr 1863 (57 yaşında) [40][41] |
4 mart 1853 – 4 mart 1857 |
46 il, 357 gün | Franklin Pirs e. 19 noyabr 1834 | |
15 | Harriet Leyn 9 may 1830 – 3 iyul 1903 (73 yaşında) [42][43] |
4 mart 1857 – 4 mart 1861 |
26 il, 299 gün | Ceyms Byukenen Əmi | |
16 | Meri Linkoln 13 dekabr 1818 – 16 iyul 1882 (63 yaşında) [44][45] |
4 mart 1861 – 15 aprel 1865 |
42 il, 81 gün | Avraam Linkoln e. 4 noyabr 1842 | |
17 | Eliza Conson 4 oktyabr 1810 – 15 yanvar 1876 (65 yaşında) [46][47] |
15 aprel 1865 – 4 mart 1869 |
54 il, 193 gün | Endrü Conson e. 17 may 1827 | |
18 | Culiya Qrant 26 yanvar 1826 – 14 dekabr 1902 (76 yaşında) [48][49] |
4 mart 1869 – 4 mart 1877 |
43 il, 37 gün | Uliss Qrant e. 22 avqust 1848 | |
19 | Lüsi Heyz 28 avqust 1831 – 25 iyun 1889 (57 yaşında) [50][51] |
4 mart 1877 – 4 mart 1881 |
45 il, 188 gün | Raterford Heys e. 30 dekabr 1852 | |
20 | Lukresiya Qarfild 19 aprel 1832 – 14 mart 1918 (85 yaşında) [52][53] |
4 mart 1881 – 19 sentyabr 1881 |
48 il, 319 gün | Ceyms Qarfild e. 11 noyabr 1858 | |
21 | Meri Meklroy 5 iyul 1841 – 8 yanvar 1917 (75 yaşında) [54] |
19 sentyabr 1881 – 4 mart 1885 |
40 il, 76 gün | Çester Artur Qardaş | |
22 | Roz Klivlend 13 iyun 1846 – 22 noyabr 1918 (72 yaşında) [55] |
4 mart 1885 – 2 iyun 1886 |
38 il, 264 gün | Qrover Klivlend Qardaş | |
Frensis Klivlend 21 iyul 1864 – 29 oktyabr 1947 (83 yaşında) [56][57] |
2 iyun 1886 – 4 mart 1889 |
21 il, 316 gün | Qrover Klivlend e. 2 iyun 1886 Prezidentliyi dövründə evlənib | ||
23 | Karolina Harrison 1 oktyabr 1832 – 25 oktyabr 1892 (60 yaşında) [58][59] |
4 mart 1889 – 25 oktyabr 1892 (vəzifə başında ikən öldü) |
56 il, 154 gün | Bencamin Harrison e. 20 oktyabr 1853 | |
Meri Harrison Miki 3 aprel 1858 – 28 oktyabr 1930 (72 yaşında) [59] |
25 oktyabr 1892 – 4 mart 1893 |
34 il, 205 gün | Bencamin Harrison Ata | ||
24 | Frensis Klivlend 21 iyul 1864 – 29 oktyabr 1947 (83 yaşında) [56][57] |
4 mart 1893 – 4 mart 1897 |
28 il, 226 gün | Qrover Klivlend e. 2 iyun 1886 Ərinin vəfatından sonra 1913-cü ildə yenidən evlənmişdir | |
25 | İda MakKinli 8 iyun 1847 – 26 may 1907 (59 yaşında) [60][61] |
4 mart 1897 – 14 sentyabr 1901 |
49 il, 269 gün | Vilyam Mak-Kinli e. 25 yanvar 1871 | |
26 | Edit Ruzvelt 6 avqust 1861 – 30 sentyabr 1948 (87 yaşında) [62][63] |
14 sentyabr 1901 – 4 mart 1909 |
40 il, 39 gün | Teodor Ruzvelt e. 2 dekabr 1886 | |
27 | Helen "Neli" Taft 2 iyun 1861 – 22 may 1943 (81 yaşında) [64][65] |
4 mart 1909 – 4 mart 1913 |
47 il, 275 gün | Vilyam Taft e. 19 iyun 1886 | |
28 | Ellen Vilson 15 may 1860 – 6 avqust 1914 (54 yaşında) [66][67] |
4 mart 1913 – 6 avqust 1914 (vəzifə başında ikən öldü) |
52 il, 293 gün | Vudro Vilson e. 24 iyun 1885 | |
Marqirit Vilson 16 aprel 1886 – 12 fevral 1944 (57 yaşında) [67][68] |
6 avqust 1914 – 18 dekabr 1915 |
28 il, 112 gün | Vudro Vilson Ata | ||
Edit Vilson 15 oktyabr 1872 – 28 dekabr 1961 (89 yaşında) [69][70] |
18 dekabr 1915 – 4 mart 1921 |
43 il, 64 gün | Vudro Vilson e. 18 dekabr 1915 Prezidentliyi dövründə evlənib | ||
29 | Florens Hardinq 15 avqust 1860 – 21 noyabr 1924 (64 yaşında) [71][72] |
4 mart 1921 – 2 avqust 1923 |
60 il, 201 gün | Vorren Hardinq e. 8 iyul 1891 | |
30 | Qreys Kulic 3 yanvar 1879 – 8 iyul 1957 (78 yaşında) [73][74] |
2 avqust 1923 – 4 mart 1929 |
44 il, 211 gün | Kalvin Kulic e. 4 oktyabr 1905 | |
31 | Lu Huver 29 mart 1874 – 7 yanvar 1944 (69 yaşında) [75][76] |
4 mart 1929 – 4 mart 1933 |
54 il, 340 gün | Herbert Huver e. 10 fevral 1899 | |
32 | Eleonora Ruzvelt 11 oktyabr 1884 – 7 noyabr 1962 (78 yaşında) [77][78] |
4 mart 1933 – 12 aprel 1945 |
48 il, 144 gün | Franklin Delano Ruzvelt e. 17 mart 1905 | |
33 | Elizabet "Bess" Trumen 13 fevral 1885 – 18 oktyabr 1982 (97 yaşında) [79][80] |
12 aprel 1945 – 20 yanvar 1953 |
60 il, 58 gün | Harri Trumen e. 28 iyun 1919 | |
34 | Meri "Meymi" Eyzenhaver 14 noyabr 1896 – 1 noyabr 1979 (82 yaşında) [81][82] |
20 yanvar 1953 – 20 yanvar 1961 |
56 il, 67 gün | Duayt Eyzenhauer e. 1 iyul 1916 | |
35 | Jaklin "Caki" Kennedi 28 iyul 1929 – 19 may 1994 (64 yaşında) [83][84] |
20 yanvar 1961 – 22 noyabr 1963 |
31 il, 176 gün | Con Kennedi e. 12 sentyabr 1953 Ərinin vəfatından sonra 1968-ci ildə yenidən evlənmişdir | |
36 | Klaudiya "Ledi Börd" Conson 22 dekabr 1912 – 11 iyul 2007 (aged 94) [85][86] |
22 noyabr 1963 – 20 yanvar 1969 |
50 il, 335 gün | Lindon Conson e. 17 noyabr 1934 | |
37 | Telma "Pet" Nikson 16 mart 1912 – 22 iyun 1993 (81 yaşında) [87][88] |
20 yanvar 1969 – 9 avqust 1974 |
56 il, 310 gün | Riçard Nikson e. 21 iyun 1940 | |
38 | Elizabet "Betti" Ford 8 aprel 1918 – 8 iyul 2011 (93 yaşında) [89][90] |
9 avqust 1974 – 20 yanvar 1977 |
56 il, 123 gün | Cerald Ford e. 15 oktyabr 1948 | |
39 | Rozalin Karter 18 avqust 1927 – 19 noyabr 2023 (96 yaşında) [91][92] |
20 yanvar 1977 – 20 yanvar 1981 |
49 il, 155 gün | Cimmi Karter e. 7 iyul 1946 | |
40 | Nensi Reyqan 6 iyul 1921 – 6 mart 2016 (94 yaşında) [93][94] |
20 yanvar 1981 – 20 yanvar 1989 |
59 il, 203 gün | Ronald Reyqan e. 4 mart 1952 | |
41 | Barbara Buş 8 iyun 1925 – 17 aprel 2018 (92 yaşında) [95][96] |
20 yanvar 1989 – 20 yanvar 1993 |
63 il, 226 gün | Corc Herbert Volker Buş e. 6 yanvar 1945 | |
42 | Hillari Klinton Doğum tarixi: 26 oktyabr 1947 (1947-10-26) (77 yaş) [97][98] |
20 yanvar 1993 – 20 yanvar 2001 |
45 il, 86 gün | Bill Klinton e. 11 oktyabr 1975 | |
43 | Lora Buş Doğum tarixi: 4 noyabr 1946 (1946-11-04) (78 yaş) [99][100] |
20 yanvar 2001 – 20 yanvar 2009 |
54 il, 77 gün | Corc Volker Buş e. 5 noyabr 1977 | |
44 | Mişel Obama Doğum tarixi: 17 yanvar 1964 (1964-01-17) (61 yaş) [101][102] |
20 yanvar 2009 – 20 yanvar 2017 |
45 il, 3 gün | Barak Obama e. 3 oktyabr 1992 | |
45 | Melanya Tramp Doğulduğu ölkə: Yuqoslaviya (hal-hazırda Sloveniya) Doğum tarixi: 26 aprel 1970 (1970-04-26) (55 yaş) [103][104] |
20 yanvar 2017 – 20 yanvar 2021 |
46 il, 269 gün | Donald Tramp e. 22 yanvar 2005 | |
46 | Cill Bayden Doğum tarixi: 3 iyun 1951 (1951-06-03) (73 yaş) [105] |
20 yanvar 2021 – 20 yanvar 2025 |
69 il, 231 gün | Co Bayden e. 17 iyun 1977 | |
47 | Melanya Tramp |
20 yanvar 2025 – hal-hazırda |
54 il, 269 gün | Donald Tramp |
ABŞ prezidentlərinin bəzi həyat yoldaşları ABŞ-nin birinci xanımı olaraq qəbul edilmir.
Dörd prezident prezidentliklərindən əvvəl dul qaldı:
İki prezident prezidentliklərindən əvvəl dul qaldı və yenidən evləndilər:
İki prezident prezidentliklərindən əvvəl boşandılar və yenidən evləndilər:
İki prezident prezidentliklərindən sonra yenidən evləndilər:
"ABŞ" portalı |