. Love.az

Con Tayler - Wikipedia - Love.az

Ana Səhifə - Con Tayler

Con Tayler (ing. John Tyler, 29 mart 1790[1][2][…] – 18 yanvar 1862[1][2][…], Riçmond, Virciniya, Amerika Konfederativ Ştatları[3]) — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti (1841–1845) və 10-cu vitse-prezidenti (4 mart-4 aprel 1841). Con Tayler seçim yolu ilə deyil, vitse-prezident kimi, özündən əvvəlki prezident Vilyam Henri Harrisonun vəfat etməsindən sonra hakimiyyətə gəlmiş ilk ABŞ prezidentidir.

Con Tayler
ing. John Tyler
ABŞ Prezidenti
4 aprel 1841 – 4 mart 1845
ƏvvəlkiVilyam Henri Harrison
SonrakıCeyms Noks Polk
ABŞ vitse-prezidenti
4 mart – 4 aprel 1841
ƏvvəlkiRiçard Conson
SonrakıCorc Dallas
ABŞ senatoru
4 mart 1827 – 29 fevral 1836
ABŞ nümayəndəsi
17 dekabr 1816 – 3 mart 1821
Virciniya Nümayəndələr Palatasının üzvü
1811 – 1816
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1790(1790-03-29)[1][2][…]
Vəfat tarixi 18 yanvar 1862(1862-01-18)[1][2][…] (71 yaşında)
Vəfat yeri
  • Riçmond, Virciniya, Amerika Konfederativ Ştatları[3]
Vəfat səbəbi insult[4]
Dəfn yeri
  • Hollivud qəbiristanlığı[d][5]
Partiya
  • ABŞ Demokratlar Partiyası (1828–1834)[6][2],
  • Viqlər Partiyası (ABŞ) (1834–1841)[6][2],
  • Demokratik-Respublikaçı Partiya[d] (1811–1828)
Təhsili
  • Vilyam və Meri kolleci (–1807)[6][7]
Fəaliyyəti siyasətçi, vəkil, dövlət xadimi
Həyat yoldaşları
  • Letisiya Kristian Tayler (1813–1842),
  • Culiya Tayler (1844–1862)
Dini episkopal kilsə[d]
Hərbi xidmət
Döyüşlər
  • 1812-ci il müharibəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viqlər partiyasının nümayəndəsi olmasına baxmayaraq, hakimiyyəti dövründə demokratların mövqeyini dəstəkləmiş və hakimiyyətinin sonunadək Konqreslə gərgin münasibətlərdə olmuşdur.

Tayler 1841–1845-ci illərdə prezident olmuşdur. 1861-ci ildə ABŞ-də cənub ştatlarının şimaldan ayrılmasına çağırışla bağlı Vətəndaş müharibəsi başlamışdır. Cənublular Taylerin də iştirak etdiyi (o, həmin vaxt Nümayəndələr Palatası Konfederasiyasının üzvü olmuşdur) konfederasiya yaratmışlar. Nəticədə cənubluların digər liderləri ilə yanaşı ona şimallılar tərəfindən dövləti cinayətdə ittiham elan edilmişdir. Tayler 1862-ci ildə (müharibə üç il sonra başa çatmışdır) vəfat etmişdir.

Mündəricat

  • 1 Erkən həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Prezidentliyi
  • 4 Həyatının son illəri
  • 5 İstinadlar

Erkən həyatı

redaktə

İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Vilyamsburqda anadan olub. Atası Con Tayler varlı plantator və quldar olmaqla yanaşı ölkənin siyasi xadimləri, xüsusilə T. Ceffersonla dostluq əlaqələrinə malik idi. O, 1809–11-ci illərdə Virciniyanın qubernatoru, sonra isə ştatın federal məhkəməsinin hakimi olmuşdu. Con Tayler ilk olaraq nüfuzlu "Vilyam Ənd Meri" kollecində oxuyur. Kolleci bitirdikdən sonra o dövrün aristokratik ənənələrinə uyğun olaraq vəkillik sənətinə yiyələnir. O, hüquqşünaslığı bu elmin görkəmli nümayəndələrinin rəhbərliyi altında öyrənir: əvvəl atası, sonra isə C. Vaşinqton administrasiyasında ədliyyə naziri olmuş məşhur Edmund Rendolf onun müəllimi olur. Özəl vəkillər kontoru açaraq qısa müddətdə varlanır. 23 yaşlı Con Virciniya müstəmləkəçisinin qızı Letisiya Kristianla evlənir. Onun vəfatından iki il sonra, 1842-ci ildə, özündən 30 yaş kiçik Culiya Qardinerlə ailə qurur. Taylerin iki nikahdan on beş övladı olmuşdur. Tayler ABŞ tarixində ən çox uşaqlı prezident olmuşduür. Onun birinci arvadından 8, ikinci arvadından isə 7 uşağı olmuşdur. 15-ci uşağı prezidentin 70-dən artıq yaşı olan vaxt doğulmuşdur. 2-ci evliliyi prezidentlik dövrünə təsadüf edir (26 iyun 1844). O, hakimiyyətdə olduğu müddətdə evlənmiş ilk ABŞ prezidentidir. Taylerin kiçik qızı Perl (1860–1948) böyük qızı Meridən (1815–1848) 45 il sonra dünyaya gəlmiş və ondan 100 il sonra vəfat etmişdir.

Siyasi fəaliyyəti

redaktə

Gənc yaşlarından siyasi fəaliyyət göstərməsi 21 yaşında Virciniya parlamentinə seçilməsi ilə sonuclanır. 1816–21-ci illərdə Konqresin Nümayəndələr Palatasının, 1827–36-cı illərdə isə senatın üzvü olur. 1825–27-ci illərdə Virciniya qubernatoru vəzifəsini tutmuşdur. Taylerin zəngin siyasi təcrübə toplamasına baxmayaraq konkret partiya mənsubluğu olmamışdır. 1836-cı il prezident seçkilərində bəzi ştatlarda H. Vaytla, digərlərində isə U. Harrisonla yanaşı vitse-prezidentliyə namizəd kimi çıxış edir. O, əsl cənublu kimi quldarlığın məhdudlaşdırılmasının, ittifaqın silah gücünə qorunub saxlanılmasının əleyhinə çıxır. Bununla o, Ceksonun rəqibinə çevrilir və nəticədə viqlər partiyasına yaxınlaşır. Partiyanın 1839-cu ildə keçirilən Konventində H. Kleyin namizədliyini müdafiə etsə də, Harrisonun namizədliyi göstərilir. Viqlərin Cənubda qələbəsinə kömək göstərəcəyini nəzərə alıb, Tayleri vitse-prezidentliyə namizəd göstərirlər. 4 mart 1841-ci ildə vəzifəsinin icrasına başlasa da, hökumətin formalaşdırılmasına təsir göstərə bilməyəcəyini anlayaraq Vilyamsburqdakı malikanəsinə çəkilir. Aprelin 5-də səhər tezdən prezidentin vəfatı xəbərini alaraq Vaşinqtona tələsir və növbəti gün ABŞ-nin 10-cu prezidenti kimi and içir.

Prezidentliyi

redaktə

Bəzi problemlərin həllində onun, hələ Harrisonun qurduğu kabinet üzvləri ilə ciddi fi kir ayrılığı əmələ gəlir. Xüsusilə, prezidentin ABŞ Xəzinə Bankının yaradılması haqda qanun layihəsinə veto qoyması 1841-ci il 11 sentyabrda dövlət katibi Uebsterdən başqa bütün nazirlərin istefaya getməsi ilə nəticələnir. Eyni zamanda Tayler yeni üzv olduğu viqlər partiyasından xaric edilir. Tayler iki gün ərzində Şimal və Cənubdan dəvət etdiyi tanınmış siyasətçi-viqlərin köməyilə yeni kabineti qurur. Dövlət katibi Uebster istefa verdikdə isə o, Con Kalhaunu bu vəzifəyə təyin edir. Bu öz növbəsində prezidentin Cənub ştatlarından olan demokratlarla yaxınlaşmasına səbəb olur. Tayler növbəti seçkilərdə Demokrat partiyasının namizədi olacağına ümid bəsləyir. Lakin özünə sadiq və etibarlı komanda yarada bilməməsi onun bu ümidlərini də heçə çıxarır.

Həyatının son illəri

redaktə

Prezidentlik müddəti bitdikdən sonra Virciniyadakı malikanəsinə qayıdır. Demokratlarla sıx əlaqə saxlasa da aktiv siyasi fəaliyyət göstərmir. Son illər Vilyamsburqdakı kollecdə kansler kimi çalışır. Yalnız hər an başlaya biləcək vətəndaş müharibəsi təhlükəsi, onu dinc kənd həyatından ayırır. Virciniya parlamentinin təşəbbüsü ilə müharibənin qarşısını almaq məqsədilə Vaşinqtonda aparılan danışıqlarda iştirak edir. Müharibənin labüdlüyünü başa düşərək doğma ştata İttifaqdan ayrılmağı məsləhət görmüşdür. Noyabr ayında İttifaqdan ayrılmış ştatların Nümayəndələr palatasına üzv seçilsə də, orada fəaliyyət göstərmək ona nəsib olmur. Con Tayler 1862-ci il 18 yanvarda 72 yaşında vəfat edir. Özü də ölən vaxt o, rəsmi olaraq ABŞ-nin vətəndaşı olmamışdır (bu da ABŞ prezidentləri üçün unikal hadisədir) — o, Konfederasiyanın vətəndaşı olmuşdur. Onun adı ABŞ tarixində ən uğursuz prezidentlər sırasındadır. Xarici müşahidəçilər bunu hətta ABŞ Prezidentlik İnstitutunun böhranı kimi dəyərləndirirdilər. Sadəcə Taylerin şəxsi keyfiyyətlərinin naqisliyi ucbatından, bəzi tanınmış siyasi xadimlərlə dil tapa bilməməsi, onun yeritdiyi siyasi kursun Konqresdə dəstəklənməməsi ilə nəticələnmişdir. Prezidentlik İnstitutu belə siyasi çəkişmələrdən daha da təkmilləşmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 5 6 John Tyler // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118803034 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. ↑ Jones J. M., Jones J. L. Presidential stroke: United States presidents and cerebrovascular disease (ing.). // CNS Spectrums: the international journal of neuropsychiatric medicine CNS Spectrums, 2006. Vol. 11, Iss. 9. P. 674–8; 719. ISSN 1092-8529; 2165-6509 doi:10.1017/S1092852900014760 PMID:16946692
  5. ↑ Find a Grave (ing.). 1996.
  6. ↑ 1 2 3 https://www.whitehouse.gov/about-the-white-house/presidents/john-tyler/.
  7. ↑ https://millercenter.org/president/tyler.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Con_Tayler&oldid=7570387"
LOVE.AZ