. Love.az

Amea Prezidentlerinin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Amea Prezidentlerinin Siyahisi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

AMEA prezidentləri — 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında ilk prezident Mir Əsədulla Mirqasımov seçilmişdir. AMEA-nın sonuncu prezidenti – 2022-ci ildən akademik İsa Həbibbəylidir.

AMEA-nın ilk prezidenti Mirəsədulla Mirqasımov

Mündəricat

  • 1 Tarixi
  • 2 Siyahı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) Akademiyanın prezidenti olmuşlar.

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.

Akademik Akif Əlizadə AMEA-nın – 2013-cü ildən - 2019-cu ilədək prezidenti olmuşdur.[1]

Siyahı

redaktə
# Prezidentin adı Başlama tarixi Bitmə tarixi Qeyd
1 Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 31 mart 1945 1947 vəfat edib
2 Yusif Heydər oğlu Məmmədəliyev 1947 1950 1-ci dəfə
3 Musa Mirzə oğlu Əliyev 1950 1958 vəfat edib
4 Yusif Heydər oğlu Məmmədəliyev 1958 1961 2-ci dəfə
5 Zahid İsmayıl oğlu Xəlilov 1961 1967 vəfat edib
6 Rüstəm Hacıəli oğlu İsmayılov 1967 1970 vəfat edib
7 Həsən Məmmədbağır oğlu Abdullayev 1970 1983 vəfat edib
8 Eldar Yunis oğlu Salayev 1983 1997
9 Fəraməz Qəzənfər oğlu Maqsudov 1997 2000 vəfat edib
10 Mahmud Kərim oğlu Kərimov 2001 10 fevral 2013 vəfat edib
11 Akif Ağamehdi oğlu Əlizadə 25 aprel 2013 22 oktyabr 2019
12 Ramiz Ənvər oğlu Mehdiyev 23 oktyabr 2019 14 fevral 2022
- Arif Məmməd oğlu Həşimov 19 fevral 2022 25 oktyabr 2022 Prezident vəzifəsinin icraçısı[2]
13 İsa Həbibbəyli 25 oktyabr 2022 Hal-hazırda

Həmçinin bax

redaktə
  • Azərbaycan Milli Elmlər Akademiyası

İstinadlar

redaktə
  1. ↑ "Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmişdir". 2014-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
  2. ↑ "Ramiz Mehdiyevi əvəz edən şəxsin kimliyi bəlli oldu". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=AMEA_prezidentlərinin_siyahısı&oldid=7634458"
LOVE.AZ