ANNA News (Analytical Network News Agency) — Rusiya hökumətəmeylli[2][3][4][5][6][7][8][9][10][11][12] xəbər agentliyi.[13] Agentliyin adı əvvəllər "Abkhazian Network News Agency" mənasını verirdi. Baş ofisi Moskvaya köçdükdən sonra, 22 sentyabr 2017-ci ildə Roskomnadzorda qeydiyyatdan keçərkən "Abxaziya" sözü "Analitik" olaraq dəyişdirilmişdir.[14]
ANNA News | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Sənaye | Mətbuat |
Təsis tarixi | 2011 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 50 (2013 (2013) tarixinə olan məlumata əsasən,)[1] |
anna-news.info | |
![]() |
ANNA News Abxaziya-Gürcüstan münaqişəsi hadisələrindən sonra 18 iyul 2011-ci ildə Abxaziyada kütləvi informasiya vasitələri kimi rəsmi qeydiyyata alınmışdır.[15][16] Marat Musin tərəfindən 2018-ci ilin may ayında vəfat edənə qədər təsis edilmiş və idarə edilmişdir.[17] Musin Moskva Dövlət Universitetində və Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetində işləmiş maliyyə kəşfiyyatı üzrə mütəxəssis idi.[1]
Agentlik Rusiya hökumətinin tərəfində mövqe tutur.[18][19] Rusiya təbliğatını gücləndirən daha geniş nəşrlər şəbəkəsinin bir hissəsi hesab edilir.[19] ANNA rus dilində nəşr edir və "2012-ci ildən bəri Suriyada vətəndaş müharibəsi ilə bağlı "YouTube"da insayder kadrların tədarükçüsü" kimi tanınır. ANNA üsyançılara qarşı əməliyyatlarında Suriya Silahlı Qüvvələri ilə əməkdaşlıq edir.[20][21] O, birbaşa Suriya Ordusunun tanklarından çəkilmiş görüntüləri dərc etməklə tanınmışdır.[22] 2013-cü ilin yanvarında rusiyalı hakim və keçmiş hərbi kəşfiyyatçı Sergey Berejnoy ANNA ekipajını müşayiət edərkən Suriyanın Dəməşqin ətrafında yerləşən Dərəyyədə yaralanmışdır.[23][24] Berejnoy Suriyadakı hərbi əməliyyatların işıqlandırılmasında yazıçı kimi iştirak etdiyini bildirmişdir.[25]
ANNA jurnalistləri də 2014-cü ildən bəri Ukrayna hökumətinə qarşı döyüşən Rusiya tərəfindən dəstəklənən separatçılar ilə əməkdaşlıq edirdilər.[26][27]
2020-ci ilin may ayında "ANNA News" xidmət şərtlərini pozduğuna görə "YouTube"da qadağan edilmişdir.[28][12][29][30][31] ANNA əməkdaşlarının Rusiyanın "NewsFront" və "SouthFront" təbliğat saytlarında da işlədikləri[32][29] və "NewsFront"un 2014-cü ildə ANNA üçün pul topladığı məlum olmuşdur.[29] Həm "ANNA News", həm də "SouthFront" Ukraynadakı separatçı qüvvələri dəstəkləyir.[33][34][35] 2021-ci ilin avqustunda Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən "ANNA News"a qarşı "şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında" fərman imzalamışdır. Qərarla xəbər agentliyinin internet resurslarının bloklanması göstərişi verilmişdir.[36][37]