Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. (aprel 2025) |
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) — publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasən yaradılmışdır.[1]
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 7 noyabr 2024 |
Baş qərargah |
Bu Holdinq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsində və onların vahid şəkildə, mərkəzi bir qurumdan idarə edilməsinə xidmət edəcək.
Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır. Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi isə icraçı direktor həyata keçirir.
Prezident İlham Əliyevin 3 mart 2025-ci ildə imzaladığı Sərəncam ilə birlikdə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.[2]
Müşahidə Şurasının sədri - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev
Müşahidə Şurasının üzvləri
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən və aşağıda göstərilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxsləri daxildir:
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar: