. Love.az

Abakan - Wikipedia - Love.az

Ana Səhifə - Abakan


Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.

Abakan
Ағбан
Bayraq[d][1][2] Gerb[d][3][4]
Bayraq[d][1][2] Gerb[d][3][4]
53°43′ şm. e. 91°25′ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub XVIII əsr[5]
İlk məlumat 1675
Sahəsi
  • 112,38 km²
Mərkəzin hündürlüyü 245 m
Saat qurşağı
  • UTC+07:00
Əhalisi
Əhalisi
  • 184.284 nəf. (2025)[6]
Rəsmi dili
  • Xakas dili,
  • rus dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 3902
Poçt indeksi 655000–655965[7]
Digər
абакан.рф
Xəritəni göstər/gizlə
Abakan xəritədə
Abakan
Abakan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin tarixi

redaktə
Qədim dövrlərdə

Abakanda yaşayış məskənləri bizə tunc dövründən məlumdur.Yerli sakinlər bu yüksəkliyi Ax- Tiqey (ağ təpə) adlandırırdılar[8].Samohval dağının ətəyində Hunun daş qalası yerləşirdi. I əsrdə Çinli komandir Li İn çayın 8 kilometrliyində saray inşa etdirmişdir.

İstinadlar

redaktə
  1. ↑ Флаг города Абакан | Геральдика.ру.
  2. ↑ Флаг Абакана.
  3. ↑ Герб города Абакан | Геральдика.ру.
  4. ↑ Герб Абакана.
  5. ↑ Историческая энциклопедия Сибири I.
  6. ↑ Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2025 года (rus.). Москва: Росстат, 2025.
  7. ↑ http://www.geopostcodes.com/Abakan.
  8. ↑ qədim dövrlərdə Ax- Tiqeydə çoxlu ağ çadırlar qurulurdu Arxivləşdirilib 2017-09-26 at the Wayback Machine Abakan portalı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abakan&oldid=6501817"
LOVE.AZ