. Love.az

Abbas Ibn Ebdulmutellib - Wikipedia - Love.az

Ana Səhifə - Abbas Ibn Ebdulmutellib
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə[1] – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb.[4]

Abbas ibn Əbdülmüttəlib
ərəb. العباس بن عبد المطلب‎‎‎
Doğum tarixi təq. 568
Doğum yeri
  • Məkkə, Hicaz[1]
Vəfat tarixi 15 fevral 653
Vəfat yeri
  • Mədinə, Hicaz, Rəşidi xilafəti
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Həyat yoldaşı
  • Lübabə binti Haris
Uşaqları
  • Abdullah ibn Abbas,
  • Fəzl ibn Abbas,
  • Qusam ibn Abbas
Atası Əbdülmüttəlib ibn Haşim[2][3]
Fəaliyyəti tacir, dövlət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib.[5]

Mündəricat

  • 1 Gənclik yaşları
  • 2 İslam dövrü
  • 3 Soyu
  • 4 İstinadlar
  • 5 Mənbə
  • 6 Xarici keçidlər

Gənclik yaşları

redaktə

Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür.

Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir.

İslam dövrü

redaktə

Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır. O, hətta bəzi hallarda peyğəmbərə kömək belə etmişdir. Onun həyat yoldaşı Ümmül-Fəzl isə ilk müsəlman qadınlarından biri olmuşdur.

Bütün bunlara baxmayaraq, Bədr döyüşünə bütpərəstlərin tərəfində olmağa məcbur edilən Abbas ibn Əbdülmüttəlib müsəlmanlar tərəfindən əsir götürülmüşdür. Əsirlikdən azad olunduqdan sonra İslamı qəbul edərək, Məkkəyə qayıtmış, ancaq bir müddət müsəlman olduğunu gizlətmiş, təqiyyədə olmuşdur. O, oradakı müsəlmanlara köməklik göstərmiş, Mədinədə hicrətdə olan peyğəmbərə Məkkədəki vəziyyət haqqında xəbərlər göndərmişdir. Daha sonra, müsəlmanların Məkkəni fəth etməsinə az qalmış o da, Mədinəyə hicrət etmişdir. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərin tərəfində olmuş, Hüneyn döyüşündə bütpərəstlərə qarşı vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra isə Abbas ibn Əbdülmüttəlib Xilafət üçün böyük işlər görmüş və ilk üç Raşidi xəlifələrə yaxından köməklik göstərmişdir. O, İslam ordusu üçün böyük məbləğdə vəsait xərcləmiş, xüsusən də, Bizansa qarşı yürüşlərin bütün xərcini öz öhdəsinə götürmüşdür. Abbas ibn Əbdülmüttəlib xəlifə Osmanın xəlifəliyi zamanı vəfat etmişdir.

Soyu

redaktə

Yüz ilə yaxın bir müddət keçdikdən sonra, onun soyundan olan varisləri Xilafətə başçılıq etmişdirlər. Məhz, Abbasilər sülaləsi onun soyundan gəlməkdədirlər.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Аббас, Абул-Фадль Эль-Гашими (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 13.
  2. ↑ Али-заде А. Аббас ибн Абд аль-Мутталиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  3. ↑ Али-заде А. Абд аль-Мутталиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  4. ↑ Savalan. ""Abbasilər dövründə türklər"". www.anl.az. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  5. ↑ Abbas ibn Əbdülmütəllib // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 12. ISBN 978-9952-441-02-4.

Mənbə

redaktə
  • A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 5. ISBN 5-89968-070-9.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abbas_ibn_Əbdülmüttəlib&oldid=8123107"
LOVE.AZ