Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu.[12]
Abbey Road | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
The Beatles tərəfindən ifa olunmuş studiya albomu | |||||||
Yayımlanma tarixi | 26 sentyabr 1969 | ||||||
Yazılma tarixi | 22 fevral – 20 avqust 1969 | ||||||
Janr | Rok[1] | ||||||
Müddət | 47:03 | ||||||
Dil | ingilis dili | ||||||
Leybl | Apple Records | ||||||
Prodüser | Corc Martin | ||||||
The Beatles albomlarının xronologiyası | |||||||
|
|||||||
|
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
AllMusic | ![]() ![]() ![]() ![]() ![]() |
The A.V. Club | A[3] |
Consequence of Sound | A+[4] |
The Daily Telegraph | ![]() ![]() ![]() ![]() ![]() |
Down Beat | ![]() ![]() ![]() ![]() ![]() |
Encyclopedia of Popular Music | ![]() ![]() ![]() ![]() ![]() |
MusicHound | ![]() ![]() ![]() ![]() ![]() |
Paste | 100/100[9] |
Pitchfork Media | 10/10[10] |
The Rolling Stone Album Guide | ![]() ![]() ![]() ![]() ![]() |
Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı).[13] Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir.
Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.[14]
№ | Başlıq | Vokal | Müddət |
---|---|---|---|
1. | "Come Together" | Con Lennon | 4:20 |
2. | "Something" | Corc Harrison | 3:03 |
3. | "Maxwell's Silver Hammer" | Pol Makkartni | 3:27 |
4. | "Oh! Darling" | Pol Makkartni | 3:33 |
5. | "Octopus's Garden" | Rinqo Star | 2:51 |
6. | "I Want You (She's So Heavy)" | Con Lennon | 7:47 |
Ümumi müddət: | 24:53 |
№ | Başlıq | Vokal | Müddət |
---|---|---|---|
7. | "Here Comes the Sun" | Corc Harrison | 3:05 |
8. | "Because" | Lennon, Makkartni və Harrison | 2:45 |
9. | "You Never Give Me Your Money" | Pol Makkartni | 4:02 |
10. | "Sun King" | Lennon, Makkartni və Harrison | 2:26 |
11. | "Mean Mr. Mustard" | Con Lennon | 1:06 |
12. | "Polythene Pam" | Con Lennon | 1:12 |
13. | "She Came in Through the Bathroom Window" | Pol Makkartni | 1:57 |
14. | "Golden Slumbers" | Pol Makkartni | 1:31 |
15. | "Carry That Weight" | Makkartni, Lennon, Harrison və Star | 1:36 |
16. | "The End" | Pol Makkartni | 2:05 |
17. | "Her Majesty" | Pol Makkartni | 0:23 |
Ümumi müddət: | 22:10 |