Abdullah ibn Əli əl-Haşimi (ərəb. عبد الإله بن علي الهاشمي; 14 noyabr 1913, Taif, Məkkə bölgəsi[d] – 14 iyul 1958[1]) — Hicaz kralı Əli ibn Hüseynin yeganə oğlu.[2]
Abdullah ibn Əli əl-Haşimi | |
---|---|
![]() | |
4 aprel 1939 – 1 aprel 1941 | |
1 iyun 1941 – 2 may 1953 | |
Şəxsi məlumatlar | |
Doğum adı | عبد الإله بن علي بن الحسين بن علي بن محمد بن عبد المعين بن عون |
Doğum tarixi | 14 noyabr 1913(1913-11-14) |
Doğum yeri |
|
Vəfat tarixi | 14 iyul 1958(1958-07-14)[1] (44 yaşında) |
Vəfat səbəbi | kütləvi atışma[d] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Əli ibn Hüseyn əl-Haşimi |
Ailəsi | Haşimilər |
Dini | İslam, Əhlis-Sünnə |
Hərbi xidmət | |
Qoşun növü | Kral Hərbi Hava Qüvvələri |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
1913-cü ildə Taifdə dünyaya gəldi. Atası Məkkə əmiri Şərif Hüseynin oğlu Əli, anası isə onun xanımı Nəfisə xanımdır. Babasının ölümündən sonra atası Hicaz kralı, Abdullah isə Hicaz taxt-tacının vəliəhdi oldu. Ancaq cəmi bir il sonra atası taxtdan endirildi və ailəsiylə birlikdə İraq kralı olan qardaşı I Feysəlin yanına sığındı. Bacısı Aliyə əmisi oğlu I Qaziylə evli idi və bu səbəblə, İraq kraliçası olmuşdu.[3]
Əmisi I Feysəl və onun oğlu I Qazinin səltənətlərini gördü. Əmisi oğlunun avtomobil qəzasında həlak olmasının ardından taxta çıxarılan 4 yaşlı əmisi nəvəsi (eyni zamanda bacısı oğlu olan) II Feysəlin naibi təyin edildi. Dövlət idarəsini tam olaraq ələ aldı və ölkəni Britaniya lehinə idarə etdi.
1941-ci ildə baş nazir Rəşid Əli əl-Qeylani rəhbərliyindəki çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı. Ölkədən qaçaraq əmisi İordaniya kralı I Abdullaha sığındı.[4] 1941-ci ildə Rəşid Əli əl-Qeylaninin hökuməti çökdü və İrana qaçdı. Ertəsi gün Bağdada dönən Abdullah yenidən naibliyi ələ aldı. 1953-cü ildə yetkinlik yaşına çatan və real hakimiyyəti ələ alan bacısı oğlu II Feysəlin ən yaxın məsləhətçisi oldu.
14 iyul inqilabı əsnasında Bağdaddakı Qəsr əl-Rihab sarayı üsyançıların hücumuna məruz qaldı. Hücum əsnasında güllələnən kral ailəsi üzvləri arasında Abdullah da vardı. Cəsədi Bağdad küçələrində gəzdirildi və ardından yandırıldı.
İlk evliliyi 1935-ci ildə Misir əsilli Mələk xanımla baş tutdu. Ancaq cütlük eyni il içində boşandı.
İkinci evliliyi 1948-ci ildə Misir əsilli Fövziyə Kamalla baş tutdu. Ancaq cütlük 1950-ci ildə boşandı.
Üçüncü evliliyi 15 iyun 1956-cı ildə Hiyam Məhəmməd Həbiblə baş tutdu. 14 iyul inqilabı əsnasında bu xanımı ölümdən xilas olan nadir kral ailəsi üzvlərindən biri oldu.[5]
Heç bir evliliyindən övladı olmadı.