. Love.az

Aliye Bint Eli - Wikipedia - Love.az

Ana Səhifə - Aliye Bint Eli

Aliyə bint Əli (ərəb. حزيمة بنت ناصر‎; 1911, Məkkə, Hicaz vilayəti – 21 dekabr 1950, Bağdad) — İraq kralı I Qazinin xanımı, İraqın son kraliçası.[1][2][3][4]

Aliyə bint Əli
II İraq kraliçası
25 yanvar 1934 – 4 aprel 1939
ƏvvəlkiHüzeymə bint Nasir
Şəxsi məlumatlar
Doğum tarixi 1911
Doğum yeri
  • Məkkə, Hicaz vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 21 dekabr 1950(1950-12-21)
Vəfat yeri
  • Bağdad, İraq krallığı
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti kraliça[d]
Atası Əli ibn Hüseyn əl-Haşimi
Həyat yoldaşı
  • Qazi ibn Əli əl-Haşimi
Uşağı
  • II Feysəl
Ailəsi Haşimilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1911-ci ildə Məkkədə dünyaya gəldi. Atası Hicaz kralı Əli ibn Hüseyn, anası isə onun xanımı Nəfisə xanımdır. 25 yanvar 1934-cü ildə əmisi oğlu olan İraq kralı I Qaziylə evləndi və bu nigahdan yeganə övladı Feysəl ibn Qazi dünyaya gəldi. Ancaq əri I Qazi 1939-cu ildə avtomobil qəzasında həlak oldu. Ərinin ölümündən sonra oğlu II Feysəl hələ 4 yaşında İraq taxtına çıxarıldı. Qardaşı Abdullahın taxt naibi təyin edilməsində mühüm rol oynadı.

1949-cu ilin yayında müalicə məqsədilə Londona göndərildi. 1950-ci ilin oktyabrında Bağdada qayıtdı. Qısa müddət sonra Bağdadda bağırsaq xərçəngi səbəbilə vəfat etdi.

Mənbə

redaktə
  1. ↑ DeFronzo, James. The Iraq War: Origins and Consequences (ingilis). Routledge. 2018-05-04. ISBN 978-0-429-97603-2.
  2. ↑ Kirdar, Nemir. Saving Iraq: Rebuilding a Broken Nation (ingilis). Orion. 2009-07-23. ISBN 978-0-297-85925-3.
  3. ↑ "Preview unavailable - ProQuest". www.proquest.com (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-07.
  4. ↑ Mamdouh, Alia. Naphtalene: A Novel of Baghdad (ingilis). The Feminist Press at CUNY. 2013-08-31. ISBN 978-1-55861-712-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aliyə_bint_Əli&oldid=8069825"
LOVE.AZ