. Love.az

Abdullah Ibn Emir - Wikipedia - Love.az

Ana Səhifə - Abdullah Ibn Emir

Abdullah ibn Əmir (ərəb. عبد الله بن عمرو بن العاص‎; 595, Məkkə – 684) — Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri.[1] Əmr ibn Asın oğlu idi.[1]

Abdullah ibn Əmir
ərəb. عبد الله بن عمرو بن العاص‎
Doğum tarixi 595
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi 684
Atası Əmr ibn As
Tanınmış yetirməsi Tavus ibn Keysan

Abdullah ibn Əmir Məkkədə doğulmuşdur[1]. Bəzi rəvayətlərə görə o, səmimi şəxsiyyəti və imanı ilə digərlərindən seçilmişdir. Günlərinin çoxunu ibadətlərdə keçirən Abdullah, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn döyüşündə öz atası ilə birlikdə Xəlifə Əlinin tərəfdarları ilə döyüşmüşdür. Digər mənbələrdə qeyd edilir ki, Abdullah orada olsa da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə görə, Abdullah ibn Əmir öz dövrünün ən elmli insanlarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərdən rəvayət edilən hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu istiqamətdə o, bir çox kitablar da yazmışdır[1]. Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Ərəb dilini gözəl bilməklə bərabər, qədim yəhudi (ibrani), eləcə də süryani dillərini də bilmişdir. Abdullah ibn Əmir 72 yaşında Misirin Fustat şəhərində vəfat etmişdir[2].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 7.  (az.)
  2. ↑ Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 8.  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abdullah_ibn_Əmir&oldid=8137522"
LOVE.AZ