Abraam Kretatsi və ya Kritli Abraam (erm. Աբրահամ Կրետացի; XVII əsr, İraklion[1][2] – 18 aprel 1737[1], Üçkilsə, Körpübasar mahalı[2]) — erməni katolikosu (1734–1737), tarixçisi. Əslən yunandır.[3] XVIII əsrdə Ermənistan haqqında mənbə olan "Tarixşünaslıq" əsərinin müəllifidir.[4]
Abraam Kretatsi | |
---|---|
Doğum tarixi | XVII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1737(1737-04-18)[1] |
Vəfat yeri | |
Dəfn yeri |
Abraam Kretatsi Səfəvi-Osmanlı müharibələri, 1734–1736-cı illərdə Ermənistan və İranın siyasi və iqtisadi həyatı, həmçinin Nadir şah ilə şəxsi görüşləri haqqında materialları özündə əks etdirən "Tarixşünaslıq" (Kəlkətə, 1-ci nəşr, 1796) əsəri ilə tanınır.[5]