. Love.az

Abraxanovlar - Wikipedia - Love.az

Ana Səhifə - Abraxanovlar
Abraxanovlar
Titul Xan
Mənşəyi Qarabağ, Kəlbəcər
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

  • 1 Abraxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
  • 2 Soyun yaranması
    • 2.1 Soyun məşhur nümayəndələri
  • 3 Soyun nümayəndələri
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Abraxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

redaktə

Soyun yaranması

redaktə

Bu soy Dünbili elindən (ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir) gəlib. Soyun ilk nümayəndəsi Əbuturab xan (Əbuturab xan Dünbili Cəfərqulu xan oğlu) , Dünbili əşirətindən olmasına baxmayaraq özü və övladları Abraxanov soyadını qəbul etdilər. Cəfərqulu xanın digər törəmələri isə Xoyski soyadını daşıyır. Əbuturab xan Xoy şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Atası ilə Quzey Azərbaycana mühacirət etmişdi. İbrahimxəlil xanın qızı Əzət bəyimlə ailə qurmuş, Şuşa şəhərinə köçmüşdü.

Soyun məşhur nümayəndələri

redaktə
  • Əbuturab xan Dünbili — Cəfərqulu xan Xoyskinin oğlu və Abraxanov soyunun ilk nümayəndəsi.
  • Qəmər bəyim Şeyda — Şairə.
  • Cəfərqulu xan Xoyski — Xoy xanlığının son Xanı və Şəki xanlığının xanı, Əbuturab xanın atası.

Soyun nümayəndələri

redaktə

Abraxanov familiasının daşıyıcıları, Əbütürab xanın övladlarından təkcə Ata xanın övladları Abraxanov familiasını daşıyır:

  • Ata xan - 1827- ci ildə anadan olub. Ata bəyin Azərbaycan ərazisində bircox ərazillərə sahib olduğu və həmçinin Şuşa Uyezdinin Cavanşir mahalnda anası Əzətbəydən miras qalan Sarob, Qaraqədəm və Xasılı sarayları olduğu bildirilir. Onun övladları Abraxanov soyadının daşıyıcılarıdır. Oğulgərək Xatınla ailə qurmuş və bu nigahdan 1 oğlu (Məhəmməd ağa) və 5 qızı (Şirin, Ziba, Qəmər, Fatma, İzzət) olmuşdur.
  • Məhəmməd ağa - Ata xanın oglu Məhəmməd Ağa 19 cu əsrin sonlarında anadan olmuş, birinci həyat yoldaşı Zibabəyim ağa, ikinci həyat yoldasının adı Bəyim xanım olmuşdur, Zibabəyim ağadan 5 qizi (Dilarə, Dilruba, Dilguşə, Dürdanə) və 4 oglu (Bəhmən, Novruz, İmran, Əkbər) olub. Bəyim xanımdan 4 qızı (Qumru, Teyhu, və digərləri) və 1 oğlu (Rəşid) olub.

Mənbə

redaktə
  • Nurlana Cavanşir, Abraxanovlar. Nəsil şəcərəsi. ATŞC xəbərləri. VI buraxılış. səh.43–54. (Rus dilində)
  • Э.Э.Исмаилов, Ханы Хойские. Материалы к родословной и биографиям, ATŞC-nin xəbərləri, IV buraxılış. Bakı, 2003.ст.35–58.
  • https://web.archive.org/web/20030812040847/http://www.almanach.be/search/i/iran_khoy.html

Həmçinin bax

redaktə
  • Xoyskilər
  • Şuşa
  • Şəki xanlığı
  • Xoy xanlığı
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abraxanovlar&oldid=7657204"
LOVE.AZ