Abutalıb Cəlilov (17 iyul 1950, Bakı) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın müdiri, dosent,[1][2] Əməkdar müəllim (2019).[3]
Abutalıb Cəlilov | |
---|---|
Abutalıb Hümbət oğlu Cəlilov | |
Doğum tarixi | (74 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları |
![]() ![]() |
17 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1981-ci ildə Moskva Dövlət Tarix-Arxiv institutunda "1920–1932-ci illərdə Azərbaycan neft sənayesinin idarəçiliyinin təşkili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Tarix fakültəsində baş laborant, müəllim, baş müəllim işləmiş və hal-hazırda dosent vəzifəsində çalışır. 1979-cu ildən Tarix fakültəsinin "Slavyan ölkələri tarixi" kafedrasında çalışır. "Slavyan ölkələri tarixi" fənnini tədris edir. Tədris etdiyi fənn slavyan xalqlarının qədim, orta əsrlər və yeni dövrünü əhatə edir. 30-dan artıq məqalənin müəllifidir.
Tədqiqat sahəsi Azərbaycan tarixinin XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edən dövrüdür. Tədqiqat mövzusu Bakı sənaye rayonunun Cənubi Qafqazın iqtisadi inkişafına təsiri məsələsinə həsr olunub. Bundan əlavə slavyan ölkələri tarixinin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı problemləri tədqiqat obyektidir.