Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru.[1][2]
Tahir Baxşəliyev | |
---|---|
Tahir Şamil oğlu Baxşəliyev | |
![]() | |
Doğum tarixi | (74 yaş) |
Doğum yeri | Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları |
![]() |
26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub.
1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Bölgü komissiyasının qərarı ilə 26 avqust 1972-ci il tarixində SSRİ tarixi kafedrasında baş laborant vəzifəsində təyin olub. 1975-ci ildən 1977-ci ilə kimi BDU-nun komsomol komitəsinin katibi vəzifəsində çalışıb. Həmin illərdə SSRİ tarixi kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifəsində çalışıb. 1994–2000-ci illərdə Türk və Qafqaz xalqları tarixi kafedrasında müdri olub. 1994–2000-ci illərdə BDU-nun Tərbiyə işləri üzrə prorektor vəzifəsində işləyib. 2014-cü ildən BDU-nun Slavyan xalqları tarixi kafedrasının professordur, Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin Elmi Şurasının, ixtisaslaşmış doktorluq müdafiə şurasının üzvü olub.
Tədqiqat sahəsi, əsasən SSRİ, Türk və Qafqaz və Slavyan ölkələri tarixi ilə əlaqədadır.
Tahir Baxşəliyev uzun illər səmərəli fəaliyyətinə, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə, BDU-nun Elmi Şurasınən 7 iyul 2017-ci il tarixli qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür[3].
2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub[4].